“YAŞAT” Fonduna nə qədər vəsait daxil olub -AÇIQLAMA

Bu vaxta qədər “YAŞAT” Fonduna 32 milyon manatdan artıq vəsait köçürülüb.

KANAL32.az “Trend”ə istinadən bildirir ki, bunu Fondun rəhbəri Elvin Hüseynov deyib.

O bildirib ki, köçürülən vəsaitin 18 milyon manatı aidiyyəti üzrə xərclənib:

“Hazırda müraciətlər üzrə proses davam etdirilir. Həmin vəsaitlər həm dövlət, həm özəl təşkilatlar, həm də ayrı-ayrı şəxslər tərəfindən Fonda köçürülüb”.

Qeyd edək ki, “YAŞAT” Fondu Vətən müharibəsində yaralanan qazilərin müalicəsini təmin etmək məqsədilə yaradılıb.