Nazirdən Prezidentə kütləvi şikayət-Sertifikasiya üçün Konstitusiya Məhkəməsinin rəyi alınsın!

Azərbaycanın orta ümumtəhsil məktəblərində çalışan bir qrup müəllim elm-təhsil naziri Emin Əmrullayevdən Prezidentə şikayət edib.

Kanal32.az Gununsesi.info-ya istinadən xəbər verir ki,  müəllimlərin sertifikasiyasına qarşı kampaniya başladan müəllimlər hüquqşünas rəyi ilə bunun Konstitusiyaya və qanunlara zidd olduğunu bəyan edir. 

Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya,  Ombudsman  Səbinə Əliyevaya  və  Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti cənab Səttar Möhbalıyevə ünvanlanan şikayətin bir nüsxəsi də Gununsesi.info-nun redaksiyasına təqdim edilib.

Həmin şikayəti olduğu kimi təqdim edirik: 

Zati Aliləri cənab Prezident,

Biz aşağıda imza edən bir qrup müəllim kollektivi bəyan edirik ki, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması adı altında onların “sertifikatlaşdırılması” “Təhsil haqqında” Qanuna 12.06.2018-ci ildə edilmiş dəyişiklikdən sonra qüvvəyə minsə də, bu gün bu dəyişiklik ölkəmizdə yüz minlərlə təhsilverənlərin haqlı narazılığına səbəb olmuşdur. Bunu aydınlaşdırmaq çətin deyil. Sadəcə müstəqil media qurumları və QHT-lər vasitəsilə təhsilverənlər arasında rəy sorğusu keçirməklə bu narazalığın miqyasını müəyyənləşdirmək olar. Ən azından bu günə qədər sosial şəbəkələrə baxıb təhsilverənlərin ümumi fəryadı və narazılığı haqqında məlumat əldə etmək olar.

Lakin təəssüf hissi ilə bildiririk ki, bu günə qədər Elm və Təhsil Nazirliyində, habelə digər aidiyyatı dövlət qurumlarında bu narazalığı rasional şəkildə analiz etmək və təhsilverənlərin narahatçılığına həssaslıqla reaksiya vermək əvəzində, biz təhsilverənlərə başqa mesajlar göndərilir. Bundan başqa, bu günə qədər ayrı-ayrılıqda və yaxud kollektiv şəkildə etdiyimiz şikayətlər, göndərdiyimiz müraciətlər araşdırılmamış və yaxud əsaslandırılmış cavablar verilməmişdir.

Problemin kökü 12 iyun 2018-ci ildə “Təhsil haqqında” qanuna “sertifikatlaşdırma”nın keçirilməsi ilə bağlı edilmiş dəyişiklikdən (36-2 maddəsi) və Ümumi təhsil haqqında” qanundan, xüsusilə də bu qanunun 28-ci maddəsindən qaynaqlanır. Yəni “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanunu qəbul edilməklə belə bir gərgin vəziyyət yaranmışdır. Bu dəyişiklik əsasında bu gün start verilmiş “sertifikatlaşdırma” marafonu Azərbaycan Respublikasının müəllim ordusu arasında, pedaqoji kollektiv arasında və ümumiyyətlə, cəmiyyətimizdə böyük rezonans doğurmuşdur. Müşahidələrimiz göstərir ki, “Təhsil haqqında” qanuna bu dəyişiklik təklif edilərkən  dövlət ümumi təhsil müəssisələrində, yəni məktəblərdə (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), ali təhsil ocaqlarında, Milli Elmlər Akademiyasında və digər pedaqoji-elmi şuralarda geniş ictimai müzakirəyə çıxarılmadan, yüz minlərlə təhsilverənlərin (müəllimlərin) rəyi öyrənilmədən, araşdırılmadan qanun kimi qəbul edilmişdir.

Zati Aliləri cənab Prezident, “Təhsil haqqında” qanuna təklif edilmiş və 12.06.2018-ci ildə qüvvəyə minmiş bu dəyişikliyin həmin tarixə qədər işə qəbul edilmiş müəllimlər ordusuna da şamil edilməsi bir daha göstərir ki, ölkədə qanunyaradıcılığı, qanunların qəbulu və tətbiqi prosesində çox ciddi problemlər var və son nəticədə belə bir gərgin və dözülməz vəziyyətin yaranmasına gətirib çıxarmışdır.

Belə ki, ötən dərs ili başa çatandan sonra biz müəllimlər (təhsilverənlər) istirahət edib növbəti dərs ilinə hazırlaşmaq əvəzində “sertifikatlaşdırma” ideyası ilə yaxalandıq. Dolayısı ilə bu isti yay günlərində əlavə pullar xərcləyib hansısa şirkətlərin istehsal etdikləri kitablar almağa, ali məktəblərə daxil olmaq istəyən abituriyentlər kimi gecə-gündüz evdə oturub oxumağa, “sertifikatlaşdırma”ya dair hazırlanmış pullu kurslara yazılmağa məcbur edildik. Nəzərə almaq lazımdır ki, abituriyentlərdən fərqli olaraq biz müəllimlər həm də valideynik, ailə qayğılarımız vardır və övladlarımızın (nəvələrimizin) tərbiyəsi ilə məşğuluq. Bir daha bəyan edirik ki, bu gün biz müəllim ordusu buna qəti etirazımızı bildiririk, çünki “Təhsil haqqında” qanuna edilmiş bu dəyişiklik və 2019-cu ildə qəbul edilmiş “Ümumi təhsil haqqında” qanun bizi çox çətin duruma salmış, hüquqi vəziyyətimizi pisləşdirmiş, çətinləşdirmiş, bizim üçün yeni hüquqi məsuliyyət yaratmışdır. Bu baxımdan Sizin diqqətinizi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hisssəinə çəkmək istərdik: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.”

Əsaslandırmamız aşağıdakı kimidir. “Təhsil haqqında” qanuna “sertifikatlaşdırma” haqqında edilmiş dəyişiklik qanun kimi qəbul edilərək 2018-ci ilin 12 iyun tarixində qüvvəyə minmişdir. Yəni “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanunu qəbul edilmişdir. Hüquqi araşdırmalarımız göstərir ki, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə görə bu yeni qanun normativ hüquqi aktın qəbul edilməsi tarixinə qədər işə qəbul edilmiş biz müəllimlərə şamil edilməməlidir. Çünki 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanun biz müəllimlərin hüquqi vəziyyətini pisləşdirmiş və bizə yeni hüquqi məsuliyyət müəyyən etmişdir. Bu baxımdan bu normativ hüquqi akt həmin aktın qəbul edilməsi tarixinə qədər dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) Əmək Məcəlləsinə uyğun olaraq təhsilverən kimi əmək fəaliyyətinə başlamış müəllimlərə (təhsilverənlərə) şamil edilməməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

«Normativ haquqi aktlar haqqında» Konstitusiya Qanununun 87.2-ci maddəsinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib- göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.

12.06.2018-ci il tarixdə qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində biz müəllimlərin üzərinə əlavə hüquqi məsuliyyət qoyulmuş, bir sıra hüquqi faktlar, yəni yaşımız, 12.06.2018-ci il tarixinə qədər əmək müqaviləsi bağlamağımız, pedaqoji sahədəki təcrübəmiz, diaqnostik qiymətləndərmədə əldə etdiyimiz nəticələr nəzərə alınmayaraq qarşısımızda sertifikatlaşdırma kimi yeni tələblər qoyulmuş, bununla da bizim kimi yüz minlərlə müəllimlərin (təhsilverənlərin) hüquqi vəziyyəti pisləşmişdir. Göründüyü kimi, sertifikatlaşdırma tələbi barədə qanuna edilmiş dəyişiklik biz müəllimlərin hüquqi vəziyyətini yaxşılaşdırmır, hüquqi məsuliyyətini aradan qaldırmır və ya yüngülləşdirmir, əksinə hüquqi vəziyyətimizi pisləşdirir, bizim üzərimizə yeni hüquqi məsuliyyət qoyur. Bu mənada normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib- göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilməməlidir. Bu qanunun tələbidir.

Bu fikri daha dəqiq izah etmək üçün Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.12.2019 tarixli, 2-1(102)-3136/2019 №-li qərarına baxmaq və diqqət çəkmək istərdik. Belə ki, həmin qərarlara görə, “Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi ümumi şəkildə aşağıdakı qaydaları  müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin bu hüquqi mövqeyi sertifikatlaşdırma məsələsində də nəzərə alınmalı və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun qüvvəsi geriyə tətbiq edilməməli və bu qanun 2018-ci ildə qüvvəyə minənə qədər işə düzəlmiş müəllimlərə şamil edilməməlidir.

Bu qaydanın aydınlaşdırılması üçün Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulmuş iki halı dəqiq şəkildə ayırmaq və onları ikincidən başlamaqla bir-birinin ardınca tədqiq etmək lazımdır.

Normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, məhkəmə və yaxud icra hakimiyyəti, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələrə təsir etmək, dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz.

Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Vətəndaşdan bilmədiyi qaydaya riayət edilməsini tələb etmək olmaz. Bu prinsip hüquq münasibətlərinin subyektləri arasındakı münasibətlərin sabitliyini və hüquq qaydasının möhkəmliyini qoruyur. Prinsipin əksini qəbul etmək, həmin normativ hüquqi akta tabe olanların hafizəsində onun nüfuzunu sarsıtmaq demək olardı.

Yeni normativ hüquqi akt qüvvəyə mindiyi andan yalnız onun dərcindən sonra baş vermiş faktları və hadisələri əhatə edir.

Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin əsasları daha ətraflı təhlil edilərkən, ilk növbədə, hüquq normasının zamana görə ictimai münasibətlərə təsirinin təbiətinə aydınlıq gətirilməlidir.

Hüquq nəzəriyyəsində zamanın keçmiş, indiki və gələcək kəsiyinə müvafiq olaraq hüquq normalarının üç əsas tipi fərqləndirilir: geriyə təsir edən norma (olmuş, olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); təxirəsalınmaz təsir edən norma (olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); perspektiv təsirli norma (gələcəkdə yaranacaq münasibətləri tənzimləyən).

Hüquq normalarının zamana görə qüvvəsinin təsnifatı, ilk növbədə, hüquq normasının ictimai münasibətlərə təsirinin hüquqi qüvvəsinin əhəmiyyətini görməyə, digər tərəfdən isə əvvəlki və yeni normalar arasında zamana görə yarana biləcək ziddiyyətləri aşkar etməyə imkan yaradır.

Əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ-hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqsız müdaxiləsindən qoruyur.

Qanunvericilikdə hüquqi müəyyənlik, yəni yeni hüquq normasının gözlənilməsi (əvvəlcədən gözlənilən, hüquq sisteminin dəyərləri və məntiqinə zidd olmayan) prinsipi hüquqi dövlətin əsas əlamətlərindən biridir. Hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması isə hüquqi müəyyənlik prinsipinin bir komponentidir.

Hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır. Hüquqi məsuliyyət hüquq münasibətlərinin subyektləri üçün neqativ təsirlə nəticələnir. Ona görə hüquq münasibətlərinin iştirakçıları qanunvericilik səviyyəsində neqativ nəticələnən münasibətlərin formal hüquqi tərkibini aydın təsəvvür etməlidirlər.

Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir.

Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur:

fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən.

Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu özünün 28 yanvar 2014-cü il tarixli qərarında, ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirilməsini zəruri hesab edir.

Şəxsiyyətin “hüquqi vəziyyəti” və “hüquqi statusu” məfhumları eyni məna daşıyır. “Status” sözü latın dilindən tərcümədə kiminsə və ya nəyinsə vəziyyəti deməkdir. Bu halda şəxsiyyətin, insanın, vətəndaşın statusu nəzərdə tutulur.

Konstitusiya məhkəməsi qərarında qeyd etmişdir ki, hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür.”

Göründüyü kimi, 12.06.2018-ci ildə qəbul edilmiş qanunla həmin qanunun qəbuluna qədər böyük pedaqoji təcrübə əldə etmiş müəllimlərə “sertifikatlaşdırma” tələbinin şamil edilməsi biz müəllimləri əvvəl üzərlərimizə qoyulmuş hansısa vəzifədən azad etmir, əksinə, qanuna edilmiş dəyişikliyin bu formada geriyə şamil edilməsi və yaxud tətbiqi dəyişikliyin qüvvəyə minməsi ilə biz müəllimlərin (təhsilverənlərin) üzərinə yeni vəzifələr və öhdəliklər qoyur, yeni tələblər qoyur, beləliklə də bizim vəziyyətimizi pisləşdirir və eyni zamanda üzərimizə yeni məhdudiyyətlər qoyur. Bu məhdudiyyətlərin bəzilərini ali diqqətinizə çatdırırıq: “Təhsil haqqında” qanuna edilmiş dəyişiklik və bu əsasda Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 saylı qərarının 1.2 bəndinə görə “Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər”. 60 yaşı tamam olmuş müəllimlər hər bir halda bu dəyişikliyə görə 5 (beş) ildə bir dəfə sertifikatlaşdırmadan keçsələr və yaxud keçmək istəsələr belə, pensiya yaşı ilə əlaqədar olaraq onsuz da növbəti sertifikatlaşdırmadan keçə bilməyəcəklər. Belə olan halda qanunun bu tələbi 60 yaşı tamam olmuş təhsilverənlər (müəllimlər) üçün pozulmuş olacaq, yəni onsuz da tətbiq edilməyəcək. Yəni yaşlı nəslin nümayəndələri olan müəllimlərə (təhsilverənlərə) qanunun bu tələbləri tam tətbiq oluna bilmədiyi təqdirdə, qanuna edilmiş dəyişikliyin geriyə şamil edilməsi bu mənada da qüsurlu hesab olunur. Ona görə də yeni dəyişiklik yalnız 12.06.2018-ci il tarixindən sonra təhsil müəssisəsi ilə əmək müqaviləsi imzalamış təhsilverənlərə şamil olunmalıdır. Bundan başqa, təhsilverənlərin üzərinə qoyulmuş digər bir öhdəlik, tələb, vəzifə iki mərhələli sertifikatlaşdırmadan keçməkdir (test və müsahibə mərhələsi). Hər iki mərhələ ilə bağlı tələblərin özü də qüsurludur. Belə ki, müəllimləri dərs proqramından kənar nəzəri suallarla imtahan etmək, sonra isə müsahibə mərhələsində müəllimləri abiturient kimi sorğu-sual etmək müəllim adını, müəllimin vüqarını aşağılamaqdan başqa bir şey deyil. Müəllim onsuz da hər gün sinfə çıxanda müəyyən hazırlıqları edir, öz üzərində işləyir, oxuyur və s. Müəllim hansısa dövlət müəssisəsində gündəlik rutin və praktik işlə məşğul olan işçi deyil. Biz müəllimlər hər gün elmi, nəzəri məsələləri nəzərdən keçirərək sinfə, auditoriyaya şagirdlərin önünə çıxırıq.

Zati Aliləri cənab Prezident, yuxarıdakı abzasda ifadə etdiyimiz mülahizə onu deməyə əsas verir ki, istər Elm və Təhsil nazirliyi, istər Nazirlər Kabineti, istərsə də Milli Məclisin deputatları biz müəllimləri bir növ dövlət idarələrində gündəlik rutin və praktik işlə məşğul olan işçilərlə eyniləşdiriblər.

Bundan başqa, “sertifikatlaşdırma”nın yanlış addım, qəbahətli, qüsurlu yanaşma və ən əsası məlumatsızlıq əsasında formalaşmış qayda olduğunu aşağıdakı terminlərin izahından da görmək olur. Bu barədə fikrimizi Sizə bildirmək üçün sertifikat, diplom və sertifikatlaşdırma sözlərinin mənasına diqqət yetirmənizi xahiş edirik:

Sertifikat, diplomu olmayan bir təhsil kursunu bitirdikdən sonra verilən bir sənəddir. Sertifikat proqramları, adətən, müəyyən bir bacarıq dəsti və ya bir sahədə ixtisaslaşır və bir təhsil sahəsinə geniş bir baxış vermir.

Diplom, bir təhsil müəssisəsi ( kollec və ya Universitet ) tərəfindən verilən, namizədin müəyyən bir təhsil kursunu müvəffəqiyyətlə bitirdiyini və diplom qazandığını təsdiq edən bir sənəddir. Diplom kursları sertifikat kursundan daha dərin və daha uzun müddətlidir.

Göründüyü kimi, ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş və diplom almış təhsilverənlərə sertifikatlaşdırma adı altında diplomadan statusca aşağı olan sənəd – sertifikat vermək Vladimir İliç Leninin dediyi kimi, “bir addım irəli, iki addım geri” prinsipini xatırladır və dövlətin lisenziya verdiyi təhsil ocaqlarına etibar etməməsi anlamına gəlir. Bundan başqa, diplom və sertifikat arasındakı fərqlərə diqqət yetirək:

– Sertifikatlar akademiklər də daxil olmaqla bütün sahələrdə bir təşkilat tərəfindən verilir, diplomlar isə yalnız təhsil müəssisələri tərəfindən verilir.

– Diplomlar bir təhsil sahəsi haqqında daha dərin biliklər verir və sertifikatlardan daha uzun müddətə verilir. Sertifikat proqramları, adətən, müəyyən bir bacarıq dəsti və ya bir sahədə ixtisaslaşır və bir təhsil sahəsinə geniş bir baxış vermir.

– İşlə təmin olunmağa gəldikdə, diplomlar sertifikatdan daha çox qəbul edilir. Əlbəttə ki, bir sertifikat bir sahə haqqında bəzi biliklərə sahib olduğunuzu söyləyir, amma diplom bir sahə haqqında geniş məlumatınızın olduğunu bildirir. Buna görə də işəgötürənlər diplomları sertifikatlardan üstün tuturlar.

Göründüyü kimi, sertifikatlaşdırmanı həyata keçirən və sertifikat verən orqan təhsil müəssisəsi deyildir, icra qurumudur. Diplomu verən qurumlar isə təhsil müəssisələridir. Sertifikatlaşdırmanın təşkili məqsədi ilə nazirlik tərəfindən yaradılan Sertifikatlaşdırma Şurası təhsil müəssisəsi deyil, nazirliyin yaratdığı bir icra qurumdur və bu Şuraya təyin olunan şəxslər də ictimai əsaslarla cəlb olunan adamlardır. Aydın məsələdir ki, ictimai əsaslarla iş olan yerdə keyfiyyət də olmaz.

Zati Aliləri cənab Prezident, Avropa İttifaqı ölkələrində müəllimlərin işə qəbulu, müəllimlərin davamlı peşəkar inkişafı, müəllimlər üçün təlim proqramları sahəsində təcrübə ilə maraqlandıq. Heç bir Avropa ölkəsində işə qəbul edilmiş müəllimlər üçün “sertifikatlaşdırma” deyilən bir qayda yoxdur. Məlumat üçün linki Sizə göndəririk: chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://www.europarl.europa.eu/RegData/etudes/BRIE/2019/642220/EPRS_BRI(2019)642220_EN.pdf

Bu material ingiliscədir. Məlum oldu ki, Avropa İttifaqı ölkələrində “sertifikatlaşdırma” qaydası yoxdur. Sadəcə işə qəbul imtahanları var, müəllimlər üçün təlim proqramları və davamlı peşəkar inkişaf proqramları var. Yəni Avropa ittifaqı ölkələrində hökumətlər müxtəlif proqramlar vasitəsilə müəllimlərin peşə səviyyəsinin və yararlılığının inkişafının qayğısına qalırlar. Bizdə isə “sertifikatlaşdırma” qaydası vasitəsilə nəinki qayğımıza qalırlar, əksinə işimizi itirmək təhlükəsi ilə üz-üzə qalmışıq. Heç kim qarantiya verə bilməz ki, şifahi müsahibə zamanı SSRİ dövründə qəbul imtahanlarında olduğu kimi, imtahan komissiyasının üzvləri “tam əhatə etmədin” deyib biz müəllimləri kəsməsin.

Bundan başqa, faktiki olaraq bu yeni qayda ilə Elm və Təhsil Nazirliyi və Nazirlər Kabineti  sertifikatlaşdırma proqramlarını və verdikləri sertifikatları diplomu əvəz edən, hətta diplomdan üstün olan bir sənəd kimi ortaya qoyurlar. Bu isə təhsil müəssisələrinin verdikləri diplomları nüfuzdan salır, sertifikatları ona bərabər tutur və yaxud sertifikatı diplomu əvəz edən sənəd kimi tələb etməyə başlayır və hətta diplomdan üstün tuturlar, çünki sonda hansısa faktoloji suallar əsasında keçirilmiş imtahanın nəticəsi olaraq verilmiş sertifikat vasitəsilə müəllimin işləyib-işləməməsi və ya yararlı olub-olmadığı barədə qərar veriləcək.

Sertifikatla diplom arasında incə bir bölmə xətti var və bir çoxları onları bir-biri ilə əvəz etməyə çalışırlar, bu da səhvdir.

Növbəti termin sertifikatlaşdırma sözüdür. Bu söz (latıncadan “sertifico” – təsdiq edirəm) – istehsalçıdan və istehlakçıdan asılı olmayaraq rəsmi orqan tərəfindən məhsulun qoyulmuş tələblərə uyğunluğunun yazılı şəkildə təsdiqi prosedurudur. Bu anlayışdan belə çıxır ki, hökumət biz müəllimlərə “məhsul” kimi baxır və sertifikatlaşdırma ilə bizə bir növ uyğunluq sertifikatını verir. Hesab edirik ki, bu cür yanaşma biz müəllimlərə aşağılayıcı münasibəti özündə ehtiva edir və məktəblərdə şagird kollektivi arasında bizi hörmətdən salacaq. Müəllimə müqəddəs varlıq kimi baxan şagirdlərdə sertifikatlaşdırmadan sonra istər-istəməz psixoloji planda müəllim haqqında mənfi təsirlər, düşüncələr yaranacaq ki, bu da illər sonra özünü göstərməyə başlayacaq. Bu siyasətlə təhsilə və müəllim adına vurulmuş zərbəni aradan qaldırmaq üçün 10 illər lazım gələcək.

Sertifikatlaşdırma ilə icra hakimiyyəti orqanlarında 5 ildən bir keçirilən attestasiyanı eyniləşdirmək olmaz. Bir qayda olaraq, icra hakimiyyətinin qurumlarında çalışan şəxslər üçün 5 ildən bir attestasiya keçirilir, lakin bu attestasiyalarda verilən sualların dövlət qulluqçularının praktik işi ilə heç bir bağlılığı olmur. Dövlət qulluğunda çalışan və çalışmış şəxslərdən aldığımız məlumata görə dövlət qulluğunda çalışan şəxslər üçün keçirilən attestasyalarda verilən suallar yalnız nəzəri suallardır və dövlət qulluqçuların peşəkarlıq səviyyələrinin yoxlanılması və ya peşəkarlıq səviyyələrinin artırılması ilə heç bir əlaqəsi yoxdur. Bu baxımdan deyə bilərik ki, müəllimlərin sertifikatlaşdırılması da bu qəbildən olan bir addımdır və güman ki, hansısa baqşa məqsədləri özündə ehtiva edir.

Zati Aliləri cənab Prezident,

Yuxarıdakı mülahizələrdən çıxış edərək böyük ümidlə Sizə müraciət edir və Sizdən artıq dərəcədə xahiş edirik ki, müraciətimizdə qaldırıdığımız məsələlər araşdırılsın və indiki mərhələdə sertifikatlaşdırma prosesi təxirə salınsın, sertifikatlaşdırmaya dair 12.06.2018-ci il tarixində “Təhsil haqqında” qanuna edilmiş dəyişikliyin, daha doğrusu “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun, habelə bu əsasda 2019-cu ildə qəbul edilmiş “Ümumi təhsil haqqında” qanunun elmi, hüquqi, ictimai, siyasi əsasları araşdırılsın, müraciətimizdə qaldırılan hüquqi məsələlərə Konstitusiya Məhkəməsi rəy versin. Gələcəkdə isə Sizin təklifinizlə sözügedən qanunlara müvafiq dəyişikliklər edilə bilər.

Dərin hörmətlə,

Bir qrup müəllim kollektivi:

  1. Ağalarova Gülnar. Şəki şəhər, 10 nömrəli məktəb
  2. Abbasova Gülnarə Böyükağa q.       ŞV N° AZE 13005480
  3. Adayev Yusif Böyükağa oğlu  ŞV Fin Kodu 308M4UW
  4. Bəyova Tamella İsmayıl q.   ŞV Fin Kodu 025GXWT
  5. Babayeva İradə Güləhməd q.  ŞV Fin Kodu 2SN8LSA
  6. Balaoğlu Elçin                                          ŞV Fin Kodu 2HZ60WS
  7. Vəliyeva Rəna Zabayel q.                        ŞV Fin Kodu 4737E7B
  8. Vəliməmmədova Xuraman Ramiz q. ŞV Fin Kodu 1GNQÇBE
  9. Quliyeva Mina Kamal q. Balakən r, Mahamalar kənd tam ort. m. ŞV N° AA1104797,

10.Qurbanova  Bənövşə Ramazan q. Quba, 6 saylı məktəb           ŞV N°AZE08862517

11.Quliyeva Gülsənəm Yusif q.Şirvan,20 saylım.,                           ŞV N°AZE 08416015

12.Quliyeva Fəridə Məzahir q., Laçın, 46 saylı tam orta,                ŞV N°AZE 15564052

13     Quliyeva Xəyalə,Şəki şəhər Qoxmuq məktəbi,                       ŞV Fin Kodu 0YJNYTO

14.Qədirova Afaq Mirzağa q. Bakı ş.,Xətai rayonu 261 nöm.m. ŞV N°AA2235389

15.Eyvazov Firəddin Əli oğlu, Bakı ş.225 saylı məktəb, ŞV N°AZE070602654

16.Əmirova Bəşarət  Əlibala q.                                                       ŞV N° AA2966248

17.Ələkbərova Rumiyyə Rasim q.                                                  ŞV Fin Kodu 4G5FWBE

18    Əzizova  Sürəyya Bayram q.                                                       ŞV Fin Kodu 1GJPSUE1

  1. Əliyeva Mətanət Zöhrab q.                                  ŞV N° AZE17601195
  2. Əliyeva Məryəm Heydər q.                                         ŞV Fin Kodu ƏKJ80QD
  3. Əfəndiyeva Elnarə Məhəmməd                                    ŞV N°AZE15811815
  4. Əzizova Samirə Nizami q.                                     ŞV N°AZE15643285
  5. Əhmədova Svetlana,Şəki şəhər 11nomrəli mək.-lisey İbt,    ŞV Fin Kodu 0YUHYTJ
  6. Əhmədova Fəridə Əli qızı,      ŞV N°AZE 14112506
  7. Əhmədova Sevinc Firidun qızı- —–                                    ŞV N°AA15641940
  8. Əhmədov Kamil Şəki şəhər Zəyzid mək –                                 ŞV Fin Kodu 0NKMYYJ.
  9. Əhmədova Mehriban, Şəki şəhər,1 nömrəli məktəb,         ŞV N°AZE 17903375
  10. Ismayilova Xalidə Rəşid qızı                         ŞV N° AA2320042
  11. Zaidova Nəzakət Ağahüseyin q.      ŞV N° AA3088201
  12. Məmmədova Gülər Zəyzid məktəbi ŞV Fin Kodu 0LJMKAY
  13. Məmmədova Rəhilə                                                                   ŞV N° AZE 19833255
  14. Məmmədova Aygün Səki şəhər Oxud kənd məktəbi,   ŞV N°AZE 19736902
  15. Məhərrəmova Rəsmiyyə Həşim qızı İsmayıllı rayonu
  16. Məmmədova Xəyalə, Şəki şəhər 11nomrəli məktəb ŞV Fin Kodu 0JSNYT
  17. Məmmədova Ofelya Şəki şəhər 2nomrəli məktəb, ŞV N° AZE 18826307
  18. Məmmədova Gülsüm,Şəki şəhər Qoxmuq məktəbi ŞV N°AZE  10478293
  19. Mirəliyeva Nərminə ŞV N°AZE 08862181
  20. Mirzəyeva Lətafət Cəbrayıl q. ŞV Fin Kodu 1GT67LR9
  21. Məmmədova Xatirə Məhyəddin q. ŞV Fin Kodu 2EUEMYH4
  22. Mustafayeva Məlahət Nadir q.                                               ŞV 01GNUSP18
  23. Məmmədova Şəfiqə Məmməd q. ŞV Fin Kodu 1P4GİJZ
  24. Mustafayeva Məlahət  Nadir q.                                               ŞV N°AZE13680896
  25. Nağıyev Samir Oxud kənd məktəbi,                    ŞV N°AZE 1847339
  26. Nuriyev Samir,Şəki şəhər 19nomrəli məktəb ŞV Fin Kodu 0JYMNFY
  27. Rəcəbli Dilruba Vaqif qızı Bakı şəhəri 258 nömrəli m. ŞV N°AZE 14665414
  28. Səmədov Əhməd Tofiq oğlu,Şəki şəhər Öyrət kənd, ŞV Fin Kodu 0MNYJGY
  29. Salmanova Qəmər Şəki şəhər,18 nömrəli məktəb.                ŞV N°AZE 13572892
  30. Sadıqova Aynur Fərrux qızı    ŞV N°AA1957051
  31. Süleymanova Elmira Valeh   ŞV Fin Kodu K5PY891
  32. Sadıqova Aynur Fərrux                                                              ŞV N°AA1957051
  33. Tarıverdiyeva Sədaqət Kamal                      ŞV N°AZE 08862354
  34. Təhməzova Vəfa Yasin q. ŞV N°AZE 16417317
  35. Fətəliyeva Mirvari Tofiq q.                                ŞV N°AA0540509
  36. Həsənova Nailə Əyyub qızı, ŞV N°AZE15011255
  37. Hüseynova İradə Mətləb qızı                                ŞV N°AA2911286
  38. Həsənova Gülbəs Nəsir q. ŞV N°AZE 14230475
  39. Hüseynova Zöhrə Almirzə q.                                ŞV N°AZE18358784
  40. Həsənova Samirə Oruc q.                                        Telefon: 055 2947866
  41. Hacıbalayeva Şəfəq 01JKW8R23
  42. Hüseynova Ülviyyə Şəfaqat q. 16586XY3
  43. Hacıyeva Südabə Yusif q.                                                               ŞV AA1460620
  44. Cabbarova Ziba Bəhmən q.   Laşın r. 46 saylı tam orta             ŞV AZE 16722144
  45. Cəbiyeva Kəmalə Ələsgər q.                                                          ŞV AZE 09328007,
  46. Ruhəngiz Məmmədova ŞV Seriya N:AA3422628, Fin kod: 4C3FXEK
  47. Mərziyyə Azayeva – AA3153625, Fin Kod: 449R7UTRəfiqə Quliyeva – AZE N: 16827262, Fin Kod: 35C7AQK
  1. Bənövşə Xələfova – AZE N:18083809
  2. Gültəkin Xəlilova – AA1711925, Fin Kod: 3RESNT6
  3. Şəlalə Xələfova – AZE N:16077314, Fin Kod: 3BACXSF
  4. Əsmayə Məmmədova – AZE N: 18571535, Fin Kod: 3EE26M3
  5. Kifayət Əhmədova – AZE N: 09316627, Fin Kod: 3X24476
  6. Südabə Hacıyeva – AA 1460620, Fin Kod: 3688ADM
  7. Xatirə Qədirova –
  8. Sevda Əkbərova -AZE N: 6004099F
  9. Samirə Hüseynova – AZE N: 15913708
  10. Xəyalə İsgəndərova –Fin Kod: 2RMHE7F
  11. Pərvanə Umudova – AZE N: 16866892
  12. Zahiclət Müsayeva – AZE N: 15182840, Fin Kod: 1ZF15HF
  13. Elnurə Sülüymanova – AZE N: 13645696, Fin Kod: 3K5PY86
  14. Ülviyyə Hüseynova – AZE N: 13645855, Fin Kod: 16586X4
  15. Şərqiyyə Dadaşova – AZE N: 17953662, Fin Kod: 0XSFN1L
  16. Nərminə Hizzəbəyova – AZE N: 08862181, Fin Kod: 1KW03J5
  17. Jalə Kərimova – AZE N: 14727188, Fin Kod: 2 SZYF74
  18. Rəşxəndə Kərimova – AZE N: 07019198, Fin Kod: 1660SFZ

 

23 avqust 2022-ci il.

Müəllim Kollektivi üçün əlaqələndirici şəxslər: Mina xanım Quliyeva (əlaqə telefonu: 0503216443) və Firəddin Eyvazov (əlaqə telefonu: 050 343 26 45)

Ünvan: Mina xanım üçün: Balakən r, Mahamalar kənd tam orta məktəbi

Firəddin müəllim üçün: Bakı, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev 9.

Əlaqə üçün e-mail: mianquliyeva@yahoo.com

 

/Gununsesi.info/