Thomas Gerdum:”Mən burada gördüklərimdən dəhşətə gəldim. Amma, qürurverici mənzərlər də gördüm”.
Ağdam noybar ayının 20 – də işğaldan azad ediləs də, şəhərdə bayram əhval ruhiyyəsi hələ də davam edir. Rayon sakinləri ilə yanaşı, ölkənin bir çox yerlərindən Ağdamı görmək, yenidən qurulan şəhəri ziyarət etmək istəyənlərin sayı kifayət qədərdir. Hətta, təkcə yerli deyil, xarici ölkələrdən də Qarabağın yenidən inşa edilməsini görmək istəyilə gələnlər var.
Bunlardan bir idə Almaniyadan gələn turist Thomas Gerdumdur. Müsahibimiz deyir ki, artı 3 gündür ki, Ağdamdadır. O, Ağdamda gördüyü mənzərəni belə ifadə edib:” Mən Almaniyanın Mainz şəhərində yaşayıram. Qarabağ, xüsusilə də Ağdam barəsində tələbə yoldaşlarım olan ağdamlılardan çox eşitmişəm. Onların hər zaman Azərbaycan xalqının məruz qaldığı haqsızlıq və müharibə dəhşətləri ilə bağlı olan sphbətlərini çox dinləmişəm. açıq deyim ki, bu mənə ilk öncələr bir az qəribə gəlirdi. Əvvəl elə bilirdim ki, bu sadəcə bir milli təəssübkeşlik hissidir. Tələbə yoldaşlarım sadəcə çox hadisələri qabardırlar. Açığı deyim ki, özümdə bəzi araşdırmalar etmişdim. İnternetdə apardığım araşdırmalar bəzi ziddiyyətli məqamlarla rastlaşdım”.

Almaniyalı turist daha sonra deyir:”Bura gəlməyimin isə özəl bir səbəbi var. Bildim ki, Ağdamın işğaldan azad edilməsindən 6 il ötür. Dostlarımdan xahiş etdim ki, bu səfər üşün mənə dəstək olsunlar. Nəhayət ki, dostlarımın vasitəsilə Azərbaycanan gəldim. Mənim Ağdam da və digər yerlərdə gördüyüm dağıntılar təkcə müharibənin dəhşətlərini deyil, həm də bəşəri cinayyətin bir göstəricisidir. Mən burada gördüklərimdən dəhşətə gəldim. Amma, qürurverici mənzərlər də gördüm. Bir yanda yenidən qurulan şəhəri, bir yanda isə artıq tikintisi başa çatan evlərə köçənləri gördüm. Mənə dedilər ki, bu binalar və ümumiyyətlə Ağdam şəhərində olan bu binalar işğaldan azad edidikdən sonra, inşa edilib. Açığı deyim ki, burada mən Azərbaycan xalqının çətin anlara dözümünü və gələcəyə inamını gördüm. Mən xalqınızı dostlarımın sayəsində sevdim. Ona sevinirəm ki, onlar doğrudan da sevilməyə və hörmət bəslənməyə layiq olan bir xalqın nümayəndələridirlər. Mən də bu dostluğu mənə bəxş etdiyi üçün Tanrıya şükür edirəm.” deyə o, Ağdamda gördüklərini belə ifadə edib.

Müəllif: Daşqın Güneyli