Azərbaycan dili və ədəbiyyatı aylığı çərçivəsində İsmət Qayıbov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Rəna Səfərova 7A sinfi ilə “Zəfərə gedən yol” mövzusunda dəyirmi masa keçirdi.
Tədbirin qonaqları politoloq, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, teleaparıcı İnqlab Şirinli, məktəbin direktoru Yeganə Kərimova və təlim-tərbiyə işləri üzrə direktor müavini Türkan Əliyeva, kitabxanaçı Fənarə Əliyeva oldular.

Dəyirmi masa zamanı Azərbaycanın Zəfər tarixi, Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyəti, xalqımızın birliyi və qəhrəmanlarımızın fədakarlığı ətrafında fikir mübadiləsi aparıldı. Qonaqların çıxışları və müzakirələr şagirdlərə tarixi hadisələrə daha dərindən nəzər salmaq, öz düşüncələrini bölüşmək və milli yaddaşımızın əhəmiyyətini dərk etmək imkanı yaratdı.

Belə görüşlər gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə, tarixi həqiqətləri öyrənməsinə və milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə töhfə verir.
Zəfər tariximiz qürurumuz, onu yaşatmaq isə gələcək nəsillər qarşısında məsuliyyətimizdir!



