Mingəçevir xəstəxanasında akademik Zərifə Əliyevaya həsr edilən tədbir keçirilib-FOTOLAR

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Zərifə Əliyeva – İnsanlığa nur bəxş edən ömür” adlı tədbir keçirilib.
KANAL32.az-a verilən məlumata görə,tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, xəstəxananın direktoru Ülfət Qurbanov, tibb işçiləri və digər rəsmi qonaqlar iştirak ediblər.
Əvvəlcə akademik Zərifə Əliyevanın, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir çərçivəsində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edən İlham İsmayılov akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən danışaraq onun zəngin elmi irsinin bu gün də aktuallığını qoruduğunu vurğulayıb.
Daha sonra çıxış edən Ülfət Qurbanov qeyd edib ki, Zərifə Əliyevanın fəaliyyətində həm yüksək peşəkarlıq, həm də insanpərvərlik prinsipləri xüsusi yer tutub və bu dəyərlər bu gün də tibb işçiləri üçün nümunədir.
Tədbirdə çıxış edən oftalmoloqlar Soltan Rüstəmov və Tarıyel Rüstəmov akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edərək onun elmi irsinin müasir tibbdə əhəmiyyətini qeyd ediblər.
Sonda akademik Zərifə Əliyevanın əziz xatirəsi bir daha ehtiramla yad edilib, onun zəngin elmi və mənəvi irsinin gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.