Yeni tamaşanın məşqlərinə başlanılıb-FOTOLAR

Gəncə  Dövlət  Milli  Dram  Teatrının  Repertuar  və  dramayurgiya üzrə  mütəxəssisi,  teatrşünas-tənqidçi  Anar  Ərtoğrul  Burcəliyevin verdiyi məlumata görə  Vaqif Əmiraslanın  “Gülüstan”  pyesi əsasında eyni adlı tamaşasının məşqlərinə  başlanılıb.

Onun sözlərinə görə, real həyat həqiqətləri üzərində hazırlanacaq tamaşa 44 günlük Zəfər müharibəsinin ədəbi və bədii bütövlüyünü özündə əks etdirməklə Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz xatirəsinə, müharibə veteranlarına, qazilərimizə ithaf olunmaqla dəvət edilmiş gənc rejissor  Fuad Cavadzadənin traktofkasında ictimaiyyətə təqdim  ediləçək.

Anar Ərtoğrul Burcəliyev həmçinin bildirib ki, “Yeni yaradıcılıq işinin quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova,  xoreoqrafı  Sənan  Cavadov  və  qrafik  işi isə Sübhan  İbrahimova məxsusdur. Səhnə  əsrində  Xalq  artisti  Pərvanə  Qurbanova,  Əməkdar  artistlər İlham  Hüseynov, Novruz  Cəfərov, Kəmalə  Məmmədova daxil olmaqla bütövlükdə teatrın 30-dan çox aktyor heyəti iştirak edəçək”.

Tamaşanın premyerası may ayının 17-də ictimaiyyətə təqdim ediləcək – deyə Anar Ərtoğrul Burcəliyev qeyd edib.