Bəhram Osmanov Mingəçevirdə gənclərlə görüşüb-FOTOLAR

Tanınmış teatr rejissoru Bəhram Osmanov Mingəçevir Gənclər Evində gənclərlə görüşüb.

Gənclərin maarifləndirilməsi,onların incəsənətə və mədəniyyətə marağınən artırılması məqsədilə Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsində tanınmış teatr rejissoru Bəhram Osmanov ilə görüş təşkil olunub.Görüşdə gənclər teatr sənəti,yaradıcılıq yolu və səhnə mədəniyyəti haqqında məlumatlar əldə ediblər.

Elşən İsmayılovun təşkilatçılığı ilə keçirilən tədbir zamanı Bəhram Osmanov öz sənət yolundan danışaraq teatrın insan həyatında və cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb.O,bildirib ki, teatr yalnız əyləncə vasitəsi deyil,həm də insanları düşündürən,maarifləndirən və cəmiyyətə mesaj verən mühüm sənət vasitəsidir.

Görüş interaktiv formada keçib,gənclər rejissora müxtəlif suallar ünvanlayaraq onun yaradıcılıq fəaliyyəti,tamaşaların hazırlanma prosesi və aktyorlarla iş prinsipləri haqqında maraqlı fikirlərini dinləyiblər.Bəhram Osmanov gənclərə öz üzərində daima çalışmaları,incəsənətə və mədəniyyətə maraq göstərmələri ilə bağlı tövsiyyələr verib. Tədbirdə qonağın əldə etdiyi uğurlar və mükafatlar haqqında da məlumat verilib.

Qeyd edək ki,Bəhram Osmanov Azərbaycan teatr sənətinin inkişafına verdiyi töhfələrə görə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş sənətkarlardandır.
Sonda xatirə şəkilləri çəkdirilib.

Müəllif:Ləman Bəylərova