Mingəçevir Gənclər Evinin könüllüləri EL TV-də…-VİDEO+FOTOLAR

Mingəçevir Gənclər Evinin könüllüləri EL TV-nin qonağı olublar.

Mingəçevir Gənclər Evi Sosial Xidmət müəsissəsinin Dərnək rəhbəri Ləman Bəyələrovanın təşəbbüsü və təşkilatçılığı ilə bir könüllü gənc Yevlaxda yerləşən EL Televiziya şirkətinə ekskursiya edib.

Kanal32.az xəbər verir ki, Mingəçevir Gənclər Evi Sosial Xidmət müəsissəsinin direktoru Eşqin Məmmədovun rəhbərlik etdiyi heyəti televziyanın məsul əməkdaşları qarşılayıb. Öncə onlara televizyanın yaranma tarixi və son 17 ildəki fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, televizyanın bünövəri 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. 2009-cu ilin mart ayının 2-də isə məhz ölkə başçısının iştirakı ilə rəsmi açılış mərasimi olub. Televiziyanın öz imkanları hesabına istehsal olunan verilişlərin cəmiyyətimizin maarifləndirlməsindəki rolu xüsusi vurğulanıb.

Sonra televizyanın iş otaqlarına, studiyalara və çəkiliş pavilyonuna baxış keçirilib. Gənclərə xəbər proqramının və verilişlərin formatı, hazırlanma prosesi, iş üslübu və texniki parametrləri haqqına detallı məlumat verilib. Eyni zamanda informasiya təhlükəsizliyinin aktuallığını nəzərə alınaraq gənclərin məhz televiziya məkanında maarifləndirilməsi baxımından onlarla infosessiya da keçirilib.

Ekskursiya gənclər tərəfindən olduqca maraqla qarşılanıb. Onlar bu qəbildən olan səfərlərin gənclərimizə faydasının önəminə xüsusi diqqət çəkiblər.Mingəçevir Gənclər Evi Sosial Xidmət müəsissəsinin direktoru Eşqin Məmmədov gənclərə yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə EL Televizyasının rəhbərliyinə və yaradıcı heyətə öz minnətdalığını ifadə edib.

Sonda gənclər fotolar çəkdiriblər və müsahibə verərək öz təsürratlarını bölüşüblər.

Qeyd edək ki,Mingəçevir Gənclər Evi Sosial Xidmət müəsissəsi bu təşəbbüsü ilə  bölgədə fəaliyyət göstərən Gənclər evləri içərisndə ilkə imza atıb.

Müəllif: Azər  Səfərli

KANAL32.az