Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin yeni kitabı nəşr olunub-FOTO

Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin “Qayıtmayan igidim, Zəfərimin İlqarı” adlı yeni kitabı nəşr edilib.

Kanal32.az-a verilən məlumata görə,kitab 44  günlük  Vətən  müharibəsi zamanı 27 sentyabr 2020-ci il tarixində Talış kəndi, Talış yüksəkliyi və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik  zirvəsinə  ucalan  İlqar  Vüqar  oğlu  Burcəliyevin əziz xatirəsinə həsr olunub. Kitabda həmçinin onunla bağlı döyüş yoldaşlarının, dostlarının və ailə üzvlərinin xatirələri toplanılıb. Həmçinin şəhid İlqar Burcəliyevin qısa döyüş yolu geniş şəkildə işıqlandırılıb. Eləcə də yeni nəşrdə Ermənistanın  Azərbaycanın  tarixi  torpaqlarına  açıq  formada  ərazi  iddiaları   ilə   çıxışlar  etməklə  ölkəmizə  qarşı  hərbi  təcavüzündən geniş şəkildə bəhs  edilir.

Xatırladaq ki, xronoloji ardıcıllıqla ensklopedik məlumat xarakterli kitab “STAR ÇAP EVİ” mətbəəsində nəfis tərtibatda Kəpəz Peşəkar Futbol Klubunun maliyyə dəstəyi ilə nəşr edilib.

Yeni nəşr olunan kitabın redaktorları isə Sailə Məhərrəmqızı, Vaqif Əmiraslan və Fuad Cavadzadədir.