“10 dəqiqəyə sığan dünya” layihəsinin ikinci təlimi keçirilib-FOTOLAR

“10 dəqiqəyə sığan dünya” qrant layihəsi çərçivəsində ikinci təlim baş tutub.

Layihənin ikinci təlimi çərçivəsində iştirakçı şagirdlər üçün səs və diksiyanın idarə olunması mövzusunda nəzəri və praktik məşğələlər keçirilib.

Təlim zamanı düzgün danışıq qaydaları, səs tonu və sürətinin idarə olunması, pauzalardan istifadə, ifadəli oxu və mikrofondan düzgün istifadə mövzularına toxunulub. Həmçinin şagirdlər qrup tapşırıqları əsasında reklam mətnləri hazırlayaraq təqdim ediblər.

Xatırladırıq ki, “10 dəqiqəyə sığan dünya” qrant layihəsi Mingəçevir şəhər İsmət Qayıbov adına 10 nömrəli tam orta məktəbdə layihə rəhbəri Rəna Səfərova tərəfindən həyata keçirilir.

Layihənin məqsədi şagirdlərin radio sahəsində bacarıqlarını inkişaf etdirməklə onların ünsiyyət qabiliyyətlərinin gücləndirilməsi və məktəb radiosunun fəaliyyətinin formalaşdırılmasıdır.

#GrantEduAz #IXQrant #QrantMüsabiqəsi #EduGrants