Filologiya üzrə fəlsəfə doktoru Şahnzaxanım Şükürzadənin yaradıcğından…
Gəl
Gülüşünlə, öpüşünlə yürü gəl,
Ey günahım, gəl bu gecə qoynuma!
Gəlişinə, sevişinə yox əngəl,
Ey vüsalım, hicranı sal oyununa!
Gəl qucaqla, sıx içində yox elə,
Kədəri az, sevincimi çox elə,
Bu sevginə ürəyimi tox elə,
Gəl yaıma, qolunu sal boynuma.
Bu gecənin ətrini çək qoxula,
Qoyma hicran aramıza sozxula,
Qollarıma başını qoy yuxula,
İsit məni ürəyinlə, sevgimizdən soyuma!
18.10.2022
Olsun
İstə bu şirin canımı,
Canım sənə qurban olsun.
Bir yada sal dildarını,
Halın mənə bəyan olsun.
Qaranlıqlar aydınlaşsın,
Bulanıqlar durulansın,
Vüsal bizə yaxınlaşsın,
Uzaqlaşan hicran olsun.
Bir gül olub qonçalandım,
Çiçəklənib ucalandım,
Məhəbbətdən ilhamlandm,
Nifrət solub ziyan olsun.
Tutduğum yol ilahimdən,
Güc qaynağım bilincimdən,
Dost pay alsın bilincimdən,
Düşmən bağrı ziyan olsun.
Kəsmişəm duz çörəyimi,
İstəyirəm gərəyimi,
Fərəhlətsin ürəyimi,
Yarım mənə həyan olsun.
Təmiz vicdan, halal çörək,
Düz ilqarlı olmaq gərək,
Nadürüstə çevir kürək,
Oxuduğun Quran olsun.
18.12.2022
Üçrəng bayrağım
Dünya bayraqları sıralarında
Vüqarla yırğalan, üçrəng bayrağım!
Qoy illər dolansın, əsrlər ötsün,
Ol zirvədə qalan, üçrəng bayrağım!
Zəfər bayramına işıqlı yoldun,
Azad Şuşamızın müjdəsi oldun.
Vətən günlərində göylərə doldun
Torpağa sancılan üçrəng bayrağım!
Elimin qeyrətli oğullarının
Əlilə silmisən çıxan canların
Alnından ləkəni gəlin-qızların.
Qürurla ucalan üçrəng bayrağım!
Şəhid anasına təsəlli olan,
İgid qanı dəyən yerlərə boylan.
Şanlı Zəfər Günü göydə qürurlan,
Dalğalan! Dalğalan! Üçrəng bayrağım!
09.11.2022
Balatək daşları öpən ay ana!
Balatək daşları öpən ay ana!
Bala qoxusunu verərmiş daşlar!
Məzarla dərdləşən dinən ay ana!
Sən demə, səsini dinlərmiş daşlar!
Saçlarını yolub yellərə verən,
Canından bir canı ellərə verən,
Gözündən qan-yaşı sellərə verən,
Ölüncə durarmış, dinərmiş yaşlar!
Oğluna bir bəylik ev bəzəmədin,
Qız üçün qapılar gəzə bilmədin,
Şöləndə toy aşı süzə bilmədin,
Yas üçün qismətdə var imiş aşlar.
Bu torpaq qan geyib, qanla sulanıb,
Vətənə can deyib, qana bulanıb,
Yolunda baş qoyub, oda qalanıb,
Bu yolda hələ çox verərmiş başlar!
08.11.2022

Müəllif:Şahnzaxanım Şükürzadə