Rusiyanın Yaroslavl şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və II Dünya müharibəsindəki qələbənin 80 illiyinə həsr olunmuş festival-konsert keçirilib.
KANAL32.az-a verilən məlumata görə,tədbir Yaroslavlda fəaəliyyət göstərən Rusiya Millətlər Evinin (Дом Народов), Yaroslavl Azərbaycan Milli-Mədəni Muxtariyyatı(sədr Nəsrəddin Aləkpərov),Rusiya Azərbaycan Qadınlar Birliyi(sədr Xatirə Qəmbərova) və Sankt-Peterburqda fəaliyyət göstərən “Çinar” Milli-mədəni Mərkəzi (sədr Xeyransa Mirzəyeva) tərəfindən təşkil olunub. Festival iki mərhələ ilə: sərgi-masterklass və konsert proqramı ilə həyata keçirilib.Konsert proqramı təşkilatçıların çıxışları ilə başladı. İlk olaraq Yaroslavl Azərbaycan Milli-Mədəni Muxtariyyəyinin sədri Nəsrəddin Ələkpərov qonaqları salamlayaraq tədbirin digər təşkilatçılarına təşəkkürünü bildirib.
Tədbirin keçirilməsinin çox təqdirəlayiq olduğunu qeyd edərək, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin qazanılmasında azərbaycanlıların böyük rolu olduğunu qeyd etdi , tədbir iştirakçılarını ümumi qələbəmiz münasibəti ilə təbrik etdi. Rusiya-Azərbaycan dostluğunun möhkəmlənməsi yolunda təşkilatın gördüyü işlərdən məlumat verib.

Rusiya Azərbaycan Qadınları Birliyinin sədri Xatirə Qəmbərova qonaqları salamlayaraq mədəniyyətimizi yüksək səviyyədə təmsil edən “Çinar” ansamblının rəhbərliyinə xüsusi təşəkkürünü bildirdi: -Mədəniyyət,incəsənət ,musiqi insanları bir araya gətirir. Mədəniyyətimizin keşiyində dayanmaq,milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq və onu başqa millətlərə göstərmək çox şərəfli ,təqdirəlayiq bir işdir-deyərək,ansamblın fəaliyyətinə uğurlar arzu dilədi. O, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə soydaşlarımızı təbrik etdi!
Sankt-Peterburqda fəaliyyət göstərən “Çinar” Milli Mədəni Mərkəzinin sədr müavini Ülviyyə Abbasova mərkəzin sədri Xeyransa Mirzəyevanın salamını və təşəkkürünü tədbir iştirakçılarına çatdırdı, ansamblın 27 illik fəaliyyətində qazandığı uğurlardan danışdı və Yaroslavlda fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri ilə birgə keçirilən tədbirdən məmnunluğunu bildirərək dəvətə görə təşkilatçılara təşəkkürünü bildirdi. “Çinar” ansamblının solistlərinin xoreoqraf Rəna xanım İbrahimova tərəfindən quruluş verdiyi rəqsləri tədbirə xüsusi rəng qatıb.
Festivalda konsert proqramı ilə yanaşı sərgi,master-klasslar yüksək səviyyədə təşkil olunub. Sərgidə qəhrəmanların foto sərgisi, məktəblilərin 80 illik qələbəyə həsr olunmuş rəsmləri sərgilənib. Rusiya Azərbaycan Qadınlar Birliyinin xanımları milli baş örtüyü kəlağayılarla bəzədilmiş guşədə milli ornamentləri sərgiləyərək Azərbaycan xalqının qədim mədəni irsə sahib olduğunu nümayiş etdirib.

Xına ilə keçirilən master-klass tədbirə gələn qonaqların zövqünü oxşamış,onların sevincinə səbəb olub. Yaroslavl Qadınlar Birliyinin xanımları milli şirniyyatlar(şəkərbura,paxlava,badambura,İrəvan kətəsi və digər şirniyatları ilə) ilə zəngin çay süfrəsi hazırlayıblar. Milli rəqslərin master-klassı daha da coşqu yaratdı. Yaroslavl ,Sankt-Peterburq,Krım nümayəndələri bir yerdə master-klassda iştirak ediblər. Rusiyanın Krımdan, Simferopol şəhərindən dəvət olunmuş qonaqlar,həmçinin Qızqayıt Qədirova təbii daşlarla işlənmiş əl işlərini sərgidə nümayiş etdirib.
Qran-pri mükafatçısı Leyla Muradzadə konsert proqramında Süleyman Rüstəmin”Ana və poçtalyon” şeirini söyləyib və “Yüzbiri” rəqsini məharətlə ifa edərək tədbirə xüsusi rəng qatıb.
Festival anşlaqla qarşılanıb.

