Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçirilib.
KANAL32.az xəbər verir ki,Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli Texniki,Humanitar və Texniki fənnləri təmayüllü gimnaziyanın “Nereus” komandası festivalda xüsusi koboka layiq görülüb.Komandada Abdurahmanov Tunar, Soltanov Kənan və Yusuflu Camal təmsil olunub.Şagirdlərin təqdim etdikləri layihədə sualtındakı sızıntıların tez bir zamanda müəyyən edilərək aradan qaldırılmasını təminn edən sualtı dron nümayiş etdirilib.Komandanın rəhbəri gimnaziyanın müəllimi Günay Qəniyevadır.

Qeyd edək ki, bu il artıq 5-ci dəfə təşkil olunan STEAM Azərbaycan Festivalı çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar baş tutub. Festivalda Azərbaycanla birgə ümumilikdə 22 ölkə təmsil olunub.
Festivalın əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı gənclərin üzə çıxarılması, eləcə də innovativ layihə və həllərin hazırlanmasının dəstəklənməsidir.
Qeyd edək ki, STEAM – beş əsas sahənin birgə və inteqrasiya olunmuş şəkildə tədrisini əhatə edən modeldir. Bu yanaşma elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə öyrədilməsi ideyası üzərində qurulub.
