Yevlaxda “Üzeyir ömrü” adlı xüsusi tədbir keçirilib-FOTOLAR

Yevlax rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Üzeyir ömrü” adlı  ədəbi-bədii kompozisiya təşkil edilib.

Yevlax şəhər Yaradıcılıq evində baş tutan tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova , Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin və dövlət qurumlarının məsul şəxsləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Yevlax rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova çıxış edərək,Üzeyir Hacıbəyov haqqında bir çoxlarının eşitmədiyi maraqlı məlumatları tədbir iştirakçılarına çatdırıb.

 Tədbirin proqramında Yevlax rayon mədəniyyət müəssisələrinin əməkdaşlarının təqdimatında səhnələşdirilmiş kompozisiya, musiqi məktəblərinin şagird və müəllim kollektivinin ifasında səsləndirilən rəngarəng musiqilər yer alıb.

  Proqram izləyicilər tərəfindən alqışlarla qarşılanıb.