Rusiya illərdir ki, postsovet ölkələrinə qarşı “xüsusi münasibətlər” ritorikasını irəli sürür. “Tərəfdaşlıq”, “Avrasiya birliyi” kimi pafoslu şüarlar arxasında isə təzyiq, hədə-qorxu və etinasızlıq dayanır. Bu siyasət etimad yaratmaq əvəzinə, müstəqillik istəyən ölkələri cəzalandırmağa xidmət edir.
Digər tərəfdən, Rusiyada Mərkəzi Asiyadan olan miqrantlara qarşı təzyiqlər artır. 2025-ci ilin martında 12 min miqrant səbəbsiz saxlanıldı. Bu, artıq rasizm yox, siyasi təzyiqdir – Çin, Türkiyə və Qərblə yaxınlaşmaq istəyən ölkələrə xəbərdarlıq.
Əgər Moskva bu kursu dəyişməsə – təkcə təsirini deyil, hörmətini də birdəfəlik itirəcək.
Elçin Alıoğlu