Mingəçevir şəhərinin köklü təhsil ocaqlarının sırasında yer alan və 1954-cü ildən fəaliyyət göstərən İ.Rüstəmov adına 5 N-li tam orta məktəbin 70 yaşı tamam olub.
Bu münasibətlə yubiley tədbiri keçirilib.Tədbirdə məktəbin tanınmış məzunları, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov,Mingəçevir Dövlət Universitetinin rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova,Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin direktoru Aidə İsmayılova, Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Mingəçevir şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova, 5 №-li məktəbin direktoru Sevinc Talıbova, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak edib.
Öncə Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin aparıcısı, eyni zamanda məktəbin məzunu olmuş Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,politoloq İnqilab Şirinli qonaqları salamlayaraq bu təhsil müəssisəsinin tarixindən söz açıb. Bildirib ki, sözügedən təhsil ocağı 1954-cü ildə ibtidai məktəb kimi fəaliyyətə başlayıb. 1960-cı ildən 1991-ci ilə qədər ümumi orta məktəb kimi,1991-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərir. Məktəb 2010-cu ildə H.Əliyev Fondunun hesabına “Yeniləşən Azərbaycana,yeni məktəb devizi”altında yenidən inşa olunub. 26 nəfər müəllimin çalışıdğı və 252 şagiridin təhsil adığı məktəbdə 12 sinifdə və 1 məktəbə hazırlıq qrupunda tədris aparılır. Son 3 ildə 28 nəfər şagird respublikada müxtəlif ali məktəblərinə qəbul olub.
Sonra söz qonaqlara verilib.Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək öz təbriklərini çatdırıb. O, respublikamızda təhsilin inkişafı istiqamətində əldə olunan uğurlardan, həyata keçirilən layihələrdən bəhs edib, ölkəmizdə yüksək təhsil almaq üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını diqqətə çatdırıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov isə çıxışnda bildirib ki, İ.Rüstəmov adına 5 №_li məktəbin yaxın zamanlarda əsaslı təmir olunması istiqamətində müvafiq addımlar atılıb. .Cavad Cavadov kollektivə uğurlar arzulayıb və Mingəçevir təhsilinin respublikamızda özünəməxsus yerinin olmasını danılmaz fakt adlandırıb.
Yubiley tədbrinin aparıcısı İnqilab Şirinli qeyd edib ki, bu məktəbin bir çox məzunları Azərbaycanın ictimi-siyasi və elmi-mədəni həyatına töhfələr veriblər. Baş nazirinin 1-ci müavini Yaqub Eyyubov, Qarabağ Universitetinin rektoru, iqtisadçı alim Şahin Bayramov, Tibb üzrə fəlsəfə doktoru,1-ci Qarabağ savaşının iştirakçısı, Şəhid qardaşı Vaqif Hüseynov, MDU-nun kafedra müdiri, dosent Emilya Hüseynova, Əməkdar müəllim Zenfira Rüstəmova, şəhərin həyatında özünəməxsus yerləri olan pedaqoqlar, həkimlər, hərbiçilər 5 №-li məktəbin məzunları olublar.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında bildirib ki, Mingəçevirin yetirməsi olmağın özü bir qürurdur. Biz mingəçevirliləri birləşdirən bir ortaq dəyər var. O da zəhmətkeşliyimizdir. Mingəçevir həm də ziyalılar, elmli adamlar şəhəri kimi tanınıb. Çox xoşdur ki,dogma məktəbimizin 70 illik yubleyini qeyd edirik,bu kifayət qədər önəmli tarixdir. Bu gün burada müəllimlərimiz əyləşib və onların qarşısında söz demək həqiqətən çətindir,müəllim Ulu öndərin də hər zaman dəyər verdiyi bir məfhumdur.Mən də öz müəllimlərimi çox gözəl xatırlayıram,ölənlərə rəhmət,qalanlarına can sağlığı arzulayıram.Nə gözəl ki,bizim bu günkü tədbirə qarabağımızdan salamlar gətirmək imkanımız var. Bunu bizə bəxş edən Şanlı Ordumuza, qətiyyətli Prezidentimizə sonsuz təşəkkürümüz var. Nə gözəl ki,bu gün Mingəçevirdə keçirilən tədbirə Qarabağdan da qonaq gələ bilir. Bir bir yuxudur sanki,şükürlər olsun, bu günləri yaşamaq bizə nəsib oldu.
Mingəçevir üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova son illərdə qazanılan uğurlardan söz açıb və əldə edilən naliyyətlərdə 5 №_li məktəbin də pay sahibi olduğunu diqqətə çatdırıb. Yubiley münasibəti ilə öz təbriklərini çatdırıb və məktəb kollektivinə uğurlar arzulayıb.
Daha sonra çıxış edən məzunlar- tibb üzrə alim Vaqif Hüseynov,əməkdar müəllim Zemfira Rüstəmova, filoloq Akif Həsənov,məktəbin adını daşıyan Şəhid İlqar Rüstəmovun bacısı Xatirə xanım, həkim Növrəstə Hüseynova, pedaqoq Tamella Gəraybəyli, xanəndə Rəşad Tağıyev, məktəbin direktoru Sevinc Talıbova çıxış edərək xatirələrini bölüşüblər.Həmçinin tədbirin təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının sədri Araz Paşayevə, ATİAHİ-nin Mingəçevir şəhər Komitəsinin sədri Həqiqət Şahmuradovaya və Təhsil sektorunun rmüdiri Sevinc Həsənovya minnətdarlıq ifadə olunub.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu tədris ocağının 70 illik yubileyi münasibətilə məktəb direktoru Sevinc Talıbovanı icra hakimiyyətinin “Fəxri Fərman”ı ilə təltif edib. Eyni zamanda Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Mingəçevir şəhər Komitəsinin tərəfindən təhsil sahəsində qazandıqları uğurlara görə bir qrup müəllimə “Təşəkkürnamə”lər və qiymətli hədiyyələr verilib.
İ.Rüstəmov adına 5 N-li tam orta məktəbin rəhbərliyi tərəfindən isə yubiley münasibəti ilə təhsil ocağının bir qrup tanınınmış məzunu –Şahin Bayramov, Vaqif Hüseynov, İnqilab Şirinli və Emilya Hüseynova “Fəxri Fərman” təqdim olunub.
Tədbir Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərin hazırladıqları rəqslər, söylədikləri şeirlər və şən musiqi nömrələri ilə davam edib.
Esmira Hidayətova,
Mingəçevir