“Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” layihəsi davam edir-FOTOLAR

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) elm və mədəniyyətin inteqrasiyasına xüsusi önəm verərək, “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” kulturoloji elmi oxularının ikinci və üçüncü təlimlərinə də ev sahibliyi edib.
Kanal32.az-a verilən məlumata görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) tərəfindən həyata keçirilən innovativ kulturoloji layihə, mədəniyyət, elm və təhsilin vəhdətini gücləndirmək və vətəndaşların mədəni inkişafına töhfə vermək məqsədi daşıyır. 1-2 fevral 2025-ci il tarixlərində keçirilən tədbirdə təhsil və elm adamları, ziyalılar və müxtəlif universitetlərin professor-müəllim heyəti də daxil olmaqla 70-ə yaxın iştirakçı yer alıb.
Elmi oxular çərçivəsində kulturoloji ustad dərsləri, mühazirələr və təlimlər təqdim olundu. Layihənin rəhbəri, “Simurq” AMA-nın Rəyasət Heyətinin məsul katibi, Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktor müavini Leyla Hacıyeva tədbirin əhəmiyyətindən bəhs edərək, kulturoloji biliklərin cəmiyyətin inkişafında oynadığı rolu vurğulayıb.
Tədbiri Kulturoloq, Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov dəyərli nitqi ilə açdı. Tədbirdə çıxış edən ekspertlər aşağıdakı mövzular üzrə məruzələr təqdim etdilər:
Fuad Məmmədov – kulturoloq, tarix elmləri doktoru, professor – “Yüksək mədəniyyətli insan” kulturoloji ustad sinifi.
Leyla Hacıyeva layihə rəhbəri, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası nın direktor müavini, təlimçi metodist ADPU ingilis bölməsində mühazirə müəllimi – “Mədəniyyət və təhsil”.
Ramazan Şabanov – fəlsəfə üzrə fəlsəfə doktoru, dosent – “İdarəetmə və dövlət qulluğu”.
Tədbirdə təqdim edilən materiallar kulturoloji tədqiqatların elmi bazasını təşkil edərək, mədəniyyətin idarəetmə və təhsil sisteminə təsiri, demokratiya və siyasi mədəniyyətin inkişafı, habelə mədəni irsin qorunması mövzularını əhatə edib.
Qeyd olunub ki,bu cür akademik platformalar mədəniyyət və təhsilin inteqrasiyasını gücləndirərək, yüksək mədəniyyətli vətəndaş yetişdirmək üçün mühüm bir addımdır. Gələcəkdə bu kimi layihələrin davam etdirilməsi və ölkə üzrə genişləndirilməsi nəzərdə tutulur.
   
     

 

 

 

Kanal32.az