Ölkəmizdə ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı niyə artır?

Azərbaycanda ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı artmaqdadır.

Ürək xəstəlikləri ilbəil cavanlaşır.!

Bəs səbəblər nədir?

Həkimlərin sözlərinə görə, ürək çatışmazlığı iki cür gedişata malikdir: kəskin və xroniki. Üstəlik, ürək çatışmazlığına gətirib çıxaran amillər içərisində koronar damar patologiyası ön sıradadır.

Azərbaycan ürək-damar xəstəlikləri ilə bağlı dünya statistikasında, təəssüf ki, ikinci yerdə qərarlaşır. Cənubi Koreya, Yaponiya, Sinqapur, İsrail, Fransa kimi ölkələr isə siyahıda ən son yerlərdədir.

Dünyaca məşhur və ən çox istinad edilən mənbələrdən biri olan “worldlifeexpectancy”nin məlumatına görə, ölkəmizlə bağlı vəziyyət heç də ürəkaçan deyil.Görünən odur ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdədir.Statistikaya görə, dünyada və o cümlədən də Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir.

Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutun açıqlamasında bildirib ki, genetik amillər bir sıra ürək xəstəliklərinin əsasında dayanır.Mütəxəssislər düşünürlər ki, ürək xəstəliklərinə tutulma riskini artıran məsələlər – şəkərli diabet, təzyiq, xolesterinin yüksək səviyyəsi, tütün məmulatlarının istifadəsi, alkoqol, artıq çəki, hərəkətsizlik və stresin çox olmasıdır.

Sosioloqlar onu da qeyd edir ki, bugünkü cəmiyyət 20 il əvvəlkindən fərqlidir:stres həddən artıq çoxalıb,cəmiyyət mürəkkəbləşir, həssaslıq artır. İnsanlar arasında münasibətlərdə gərginlik yaranıb. Bunlar elə-belə məsələlər deyil. Ölkədə sosial siyasət müəyyənləşdirməlidir, sosial problemləri aşkarlayıb həll yolları axtaran təşkilatlar olmalıdır. Bu gün ürək xəstəlikləri çoxalıb, sabah da başqa problemlər arta bilər. Ürək xəstəlikləri artıbsa, mütləq araşdırılmalıdır. Bununla bağlı dövlət səviyyəsində, ciddi düşünülmüş, elmi əsaslarla hazırlanmış proqram olmalıdır. Risk qrupu getdikcə cavanlaşır, dünyada ölüm səbəbləri arasında ilk sırada yer alan ürək-damar xəstəlikləri öncəki illərin əksinə olaraq, təkcə yaşlı insanları deyil, gəncləri də hədəf alır. Bunu qismən stres hallarının çoxalması,iş şəraiti, zərərli vərdişlərə aludəçiliyin artması, energetik içkilərdən həddən artıq istifadə edilməsi, tütünçekmə,hazırda oturaq həyat tərzinin geniş yayılması,arterial təzyiqin yüksək olması,düzgün qidalanmama ilə izah etmək olar.

Sosioloqlar bildiriblər ki: Azərbaycanda əhalinin qida mədəniyyətinin arzuolunan səviyyədə olmaması, səhiyyə sisteminin yüksək səviyyədə olmaması, ölkəyə həddən artıq təhlükəli qida, ərzaq məhsullarının gətirilməsi, ekologiyaya ciddi nəzarətin olmaması və s. Azərbaycanda ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı artmaqdadır.

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 85

 

Azərbaycanda ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı artmaqdadır bunu sağlam həyat tərzinə riayət olunmaması ilə izah etmək olar.

Həyat tərzində stres faktorunun yüksək olması ürək-damar xəstəliklərinin həm artmasına, həm də cavanlaşmasına səbəb olub.

Bu səbəblərdən dolayı bütün insanlarda sağlam həyat tərzi uşaq yaşlarından başlamalıdır. Hər bir valideyn övladını körpə yaşlarından sağlam həyat tərzinə alışdırmalı, irəlidə yarana biləcək ürək-damar xəstəliklərindən qorumalıdır.

Bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşların ilkin səhiyyə xidmətlərindən vaxtında keçmələri tövsiyə olunur.Ürək-damar xəstəliklərindən yaranan ani ürək ölümlərinin bir çox səbəbləri var. Bunlardan biri də insanların vaxtında profilaktik müayinələrdən keçməyərək, yaranan bəzi simptomlara əhəmiyyət verməmələridir.

Səhhətinizdə yaranan ən kiçik problemin belə vaxtında üzərinə düşüb, müayinə olunmaq önəmlidir.Erkən diaqnozun qoyulması insanları həyati təhlükədən xilas edə bilər.

Sağlamlığımızın vaxtında qədrini bilməliyik.!

Fəxri Həsənov,

Həkim-reabilitoloq

Kanal32.az