Mingəçevirdə şəhər mərkəzində fəaliyyət göpstərən bir neçə iaşə obyektində reyd keçirilib.
Kanal32.az xəbər verir ki,Mingəçevirdə şəhər İcra Hakimiyyəti,şəhər bələdiyyəsi və Polis şöbəsinin əməkdaşları, bələdiyyə yanında İctimai şuranın üzvüləri şəhər ərazisində qanunsuz fəaliyyət göstərən iaşə müəssələrində ictimai və hüquqi nəzarət məqsədi ilə baxış keçiriblər.
Əsas məqsəd sənədsiz mövsümi xidmət göstərən iaşə obyektlərinə xəbərdarlıq etmək,göstərdikləri xidmət çərçivəsində əhaliyə maneəçilik törətməmək,səliqə səhmana rəayət etməkdir. Bu məqsədlə obyekt sahibləri ilə proflaktik söhbət aparılıb,müqaviləsiz işləyən obeytlərə isə ciddi xəbərdarlıq edilib.
Onu da qeyd edək ki,bəzi iaşə obyektlərində antisanitar vəziyyət aşkarlanıb. Reyd zamanı obyekt sahiblərinə sanitariya-gigiyena qaydalarına əməl etmələri də tövsiyə olunub.Bu cür reydlər davamlı olacağı bildirilib.
Esmira Hidayətova