Dünya Azərbaycan Qadınları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan qadınınının gözəllik rəmzi -Kəlağayı müsabiqəsinin münsiflər heyyətinin üzvlərinin Bakıda görüşu keçirilib.
Kanal32.az-a verilən məlumata görə görüşdə layihənin rəhbəri, DAQİB-nin sədri Xatirə Qəmbərova, Sahibkar Qadınlar İB-nin sədri Zenfira Ağayeva, münsiflər heyyətinin fəxri üzvü, professor Zəhra Muradova, Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, “Mirvarid Dilbazi Poeziya məclisi” nin sədri Güllü Tomarlı, Şairə-publisist Nəsibə İsrafilqızı, tədbirin qonaqları Filologiya üzrə fəlsəfə doktoru, Xəyalə Ağayeva, jurnalist Yasəmən Möhübbətqızı, hüquqşünas-yazar Lətifə Oruc, Tatarıstanda yaşayan Azərbaycanlı İctimai fəal Rəna xanım və s. qadınlar iştirak etdilər.
Toplantını layihənin rəhbəri Xatirə Qəmbərova giriş sözü ilə açaraq qonaqları salamladıqdan sonra müsabiqənin keçirilməsinin məqsədlərindən danışaraq vurğulayıb ki, əsas məqsəd milli-mənəvi dəyərlərimizdən olan kəlağayımızın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, müasir geyimlərlə kəlağayıdan istifadə etməyin təbliği və kəlağayımızın mədəni irs olaraq gələcək nəsillərə ötürülməsi olmasıdır.
Müsabiqənin təşkilati dəstəkçisi olan Sahibkar Qadınlar İB-nin sədri Zenfira Ağayeva qonaqları salamlayaraq bu layihənin əhəmiyyətindən danışdı. O bu işdə üzərinə düşən təşkilati və təbliği işlərdə yaxından köməklik edəcəyini və belə tədqirəlayiq layihələrdə dəstək olacağını vurğuladı.
Münsiflər heyətinin fəxri üzvü professor Zəhra xanım Muradovanın Azərbaycan qadınlarının qədim baş örtüyü olan Kələğayının tarixi əhəmiyyəti haqqında geniş məlumat verməsi maraqla qarşılandı. Professor Zəhra Muradova kəlağayının üzərində olan naxışların, butaların mənaları haqqında geniş çıxış etdi. Layihəyə qatılan iştirakçıların hansı şərtlərə uyğun seçilməsi üçün öz məsləhətlərini verdi.
Münsiflər heyyətinin üzvü, Azərbaycanda Kəlağayımızı layiqincə təmsil edən Güllü xanım Tomarlı belə gözəl müsabiqəyə görə təşkilatçılara təşəkkürünü bildirdi. Müsabiqənin müasir geyimlərlə kəlağayının təbliğatını aparmağın çox vacib, eyni zamanda çətin bir iş olmasını vurğulayaraq bu çətin və şərəfli işdə münsiflər heyyətinə uğurlar arzuladı.
Münsiflər heyyətinin üzvü dosent İlhamə Qəsəbova Azərbaycan Qadınlarınım dünyada bizi layiqincə təmsil etməsindən və birlikdə əməkdaşlıq edərək gözəl layihələrə imza atdıqlarının əhəmiyyətini vurğuladı. Bu layihədə obyektiv olaraq layiqli namizədlərin qiymətləndiriləcəyini söylədi. O həm də vurğuladı ki, bu layihə həm də Azərbaycan kələğayısını dünyaya tanıtmaq və gənclərə sevdirməkdir.
DAQİB-nin Azərbaycan nümayəndəsi şairə Nəsibə xanım İsrafilqızı müsabiqənin yüksək səviyyədə təşkil edilməsinə görə təşkilatçılara təşəkkürünü bildirdi. O qeyd etdi ki, müsabiqəyə Təbrizdən qatılan iştirakçıları daha çox qiymətləndirmək lazımdır.
Görüşdə ilkin olaraq müsabiqənin qalibləri barədə müzakirələr aparıldı. Yenidən münsiflərin, kollektiv iştiraka, doğru rəng seçiminə, milli geyimlərə və yaş qrupuna görə seçmək tövsiyyə edildi. Rəy və təkliflər dinlənildi.
Sonda xatirə şəkili çəkildi.
Kanal32.az