“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin işçiləri:”Sözümüzü deməyə rəhbərlik tapmırıq”.
Təcili yardım xidmətində işləmək çox təhlükəli, ağır, mürəkkəb xidmətdir desək yanılmarıq. Bəs görəsən bu kimi işçilərin haqqları niyə tapdalanır?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunub.Belə ki, Mingəçevir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunaraq “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib.
Mingəçevir Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin kollektivi bu birləşmədən sonra onların aylıq məvacibində problemlər yaşandığını bildirib. Bildirilib ki,kollektivdə 10 –a yaxın şəhid ailəsi,10-a yaxın müharibə veteranı və bir nəfər “Şöhrət ordeni” olan işçi çalışır.
Ümumilikdə kollektivdə 250-yə yaxın işçi heyəti var. Onlar bildirlər ki,bu qurum yaranandan sonra sözlərini deməyə rəhbərlik tapmırlar. Bundan əlavə onların problemlərinin daha çox olduğunu da bildiriblər.
Ətraflı videoda:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi-TƏBİB isə hələ mövcud məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Kanal32.az