“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Faiq Abdullayev vəzifəsindən azad olunub.
Kanal32 xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Qeyd edilir ki, F. Abdullayev Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən vəzifədən azad edilib.
Esmira Hidayətova,
Mingəçevir