Gənclərimiz Almaniyada keçirilən SB60 konfransında iştirak edib-FOTOLAR

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Almaniyanın Bonn şəhərində keçirilən SB60 konfransında iştirak edib.
Səfər çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işlərindən bəhs edən sessiyalar, iqlim dəyişiklikləri üzrə dəyirmi masa və panel müzakirələri, eyni zamanda milli şuralarla ikitərəfli görüşlər baş tutub.