Mingəçevirdə Şəhid atası həkim səhlənkarlığı nəticəsində şikəst olub-VİDEO+FOTO

Şəhid atası həkim səhlənkarlığı ucbatından yeriyə bilmir, yatağa düşüb.

Mingəçevir şəhəri, Az.Dres qəsəbəsi,Yadigar Mənsurov13ev16 ünvanında yaşayan şəhid atası Mahmudov Nizami “Kanal32″yə müraciət edərək bildirib ki,həkim səhlənkarlığının qurbanı olaraq, 1 il yarımdır ki,yataq xəstəsinə çevrilib.

80 yaşlı şəhid atası deyir ki,onun 2023 cü ildə ayağında diz qapaqları ağrıdığından 16.12.2022-ci il tarixindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında travmatoloq cərrah kimi əmək fəaliyyətinə başlayan travmatoloq-cərrah Azər İlyasova müraciət edib. Həkim də xəstəni müayinə edib, müalicə yazıb və daha sonra və bir günlük yüngül əməliyyatın olduğunu deyib.

Şəhid atasının sözlərinə görə o, fevral ayında Mingəçevir Regional hospitalda tibbi sığortanın göndərişi ilə əməliyyat olunub. Və həmin günün səhəri həkim deyib ki,siz ayağa dura bilrsiniz və yeriyə-yeriyə evinizə gedin.Elə həmin günü axşamdan şəhid atasının ağrılı-acılı günləri başlayıb.. Ayağında olan ağrılar onu sakit buraxmayıb. Artıq bu günə qədər Azər həkimin etdiyi əməliyyatdan sonra paytaxt xəstəxanalarında nə az, nə çox düz 5 dəfə əməliyyat olunan bicarə ata yataq xəstəsinə çevirilib.

Bu müddət ərzində onu bu günə salan həkim Azər İlyasov isə gözə dəyir, nə də bir dəfə olsun xəstənin vəziyyəti ilə maraqlanır.

Xəstənin oğlu Tahir Mahmudov isə bildirir ki,bununla bağlı yuxarı instansiyalara müraciət edib. Xahiş edir ki,onlara dəyən maddi ziyan həkim tərəfindən ödənilsin. Həm də bu kimi insanları aldadıb pulunu mənimsəyən həkimlər səhiyyə ocağından kənarlaşdırılsın.

Aldığımız məlumata görə artıq bu həkim Mingəçevir Xəstəxanasında işləmir o, “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” da şöbədə həkim ortoped travmatoloq vəzifəsinə təyin edilib.

Qeyd edək ki,həkim 15.12.2022-03.04.2023-cü illərdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında həkim ortoped travmatoloq vəzifəsində çalışıb.

Redaksiya olaraq bildiririk ki, travmatoloq-cərrah Azər İlyasovala əlaqə yarada bilməsək də, bütün hallarda onun mövqeyini dərc etməyə hazırıq.

     

     

Kanal32.az