Teatrşünas-tənqidçi Prezident İlham Əliyevə müraciət etdi-FOTO

Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-hissə müdiri, Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev ölkə başçına müraciət ünvanlayıb.

Kanal32.az həmin müraciət məktubunu təqdim edir:

                                                                  Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, 16 may 2024-cü il tarixi həyatımda ən yaddaqalan, uğurlu və sevincli bir gün olaraq hər zaman yaddaşımda yaşayacaq. Mərhum valideyinlərim olan, qocaman teatr və kino aktyorları, Respublikanın Xalq artistləri Məhəmməd Burcəliyev və Sədayə xanım Mustafayevanın ömürlərinin 65 ilini həsr etmiş olduqları sənət ocağı olan Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri kimi çalışmaq, onların sənət yolunu davam etdirmək mənim taleyimə nəsib olub. Bu tale yolunda bu gün qocaman sənət məbədinə “Milli” Teatr statusunun verilməsi isə bütün sənət dostlarımla birlikdə mənim də yaradıcılığıma göstərilən ən yüksək diqqətin bariz nümunəsidir. Sizin Gəncə Dövlət Dram Teatrına göstərmiş olduğunuz diqqət və qayğının bariz nümunəsi olaraq əsaslı yeni tikilən əzəmətli teatr binasında çalışmaq və “Milli” status adını daşımaq böyük qürur və fərəh hissi ilə qəlbimi hər zaman sevindirəcəkdir.

Zatı aliləri, göstərmiş olduğunuz bu diqqət, qayğı üçün, eləcə də Gəncə Dövlət Dram Teatrına “Milli” statusun verilməsinə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Uca Rəbbim hər zaman Sizi qorusun !

Dərin hörmətlə,

Anar Ərtoğrul Burcəliyev,

Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-hissə müdiri, Teatrşünas-tənqidçi,

Gəncə, 16 may 2024-cü il.