Mingəçevir Şəhər Polis şöbəsi daha bir təhsil ocağında görüş keçirib-FOTOLAR

Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib.

Kanal32.az xəbər verir ki,Mingəçevir şəhər Polis Şöbəsinin (ŞPŞ) təşkilatçılığı ilə ümumtəhsil məktəblərində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə həsr olunmuş maarifləndirici tədbirlər davam edir.

Bu dəfəki görüş isə şəhərin Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyində baş tutub. Tədbirdə Polis şöbənin rəisi,polis polkovniki Ədalət Əliyev, Təhsil sektorunun müdiri Sevinc Həsənova, liseyin direktoru Aidə İsmayılova, polis əməkdaşları,pedaqoji heyət və şagirdlər iştirak edib.

Maarifləndirici tədbirdə çıxış edən Mingəçevir ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev çıxış edərək narkomaniya və digər zərərli vərdişlər, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri barədə məktəblilərə geniş məlumat verib.

Polis əməkdaşları cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı təhlükələr və fəsadlar barədə, erkən nikahların fəsadlarından, yol hərəkəti haqqında,və s barədə şagirdlərə ətraflı məlumatlar verilib.

Görüşdə liseyin direktoru Aidə İsmayılova,Mingəçevir Təhsil sektorunun müdiri Sevinc Həsənova polis əməkdaşlarına şagirdlərlə bu kimi maarifləndirici tədbirlərin keçirilməsində öz dəstəklərinə görə minnətdarlıq bildiriblər.

Həmçinin görüş zamanı yeniyetmələrin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağl Polis Akademiyasında ali hüquq təhsili almağın üstünlükləri, keçirilən təlim-tədris prosesi, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlükləri barədə şagirdlərlə söhbətlər aparılıb,videoçarx nümayiş olunub, onlara ətraflı məlumat verilib. Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, keçirilən bu tip tədbirlərdə narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edilir, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçıları məlumatlandırılır. Yeniyetmə və gənclərə yüksək təhsil almaqları, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmaları, idmanla məşğul olmaları, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələri, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmaları və cəmiyyətdə sağlam fərdə çevrilmələri tövsiyə olunur.

Esmira Hidayətova,

 

Leave a comment