Mingəçevirdə fəaliyyət göstərən ibtidai sinif müəllimləri bir araya toplanıb.
“Müəllim dəyərlidir”adlı tədbir çərçivəsində regionun ilk özəl STEAM üzrə təhsil verən tədris mərkəzi olan STEAM PBL Academy ilk dəfə Mingəçevirdə ibtidai sinif müəllimlərini bir araya gətirib. Səhər yeməyində baş tutuna maraqlı görüşdə bir qrup ibtidai sinif müəlimləri ilə yanaşı media nümayəndələri, “RM Nəşriyyatı”nın rəhbərləri və digər qonaqlar iştirak edib.
Tədbirin keçirilməsində məqsəd həm “RM Nəşriyyatı”nın əməkdaşları ilə görüşün keçirilməsi,həm də stemlə bağlı bilik və bacarıqları artırmaq, STEM təhsilinin faydalarına və üstünlüklərinə bir daha nəzər salmaqdan ibarət olub.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, dövrümüzün təlabatlı sahəsi olan İT üzrə mütəxəssislər yetişdirmək üçün olduqca keyfiyyətli olan informatika vəsaitlərinin faydalılığı haqqında geniş müzakirələr aparıldı. İştirakçı qonaqların da biri-birindən dəyərli fikirləri sayəsində yüksək səviyyədə həyata keçirilən tədbir hər kəs tərəfindən maraqla qarşılandı.
Qonaqlar “RM nəşriyyatı”, “Rm” nəşrləri və ibtidai siniflər üçün müasir nəşrlərin hal-hazırda təhsil sahəsində mövcud olan vacibliyindən və sözügedən bu kimi dərs vəsaitlərinin bu sahədə çox faydalı olacağından danışıblar.
Çıxış edənlər bildiriblər ki, bu gün müasir texnologiyalar bütün dünyada inkişafı, uğuru təmin edən əsas vasitələrdən biridir. Texnoloji mübarizə əsri kimi tanınan XXI əsr bütün sahələrdə inkişafı təmin edə biləcək kadr potensialı, hansı ki, müasir texnologiyaların dilini bilən, yeni elmi yanaşmaları mənimsəyən, ixtiralar edən, əmək bazarında özünü doğruldan şəxslər axtarışındadır. Bu da müasir təhsil metodlarının tətbiqini ön plana çıxarır. Dünya təhsil sistemində özünə yer alan belə metodlardan biri də STEAM-dır. Qısa zamanda aktuallıq qazanan bu təhsil metodu peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm istiqamət kəsb etməkdədir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” qənaəti bir daha göstərir ki, bütün dövrlərdə xalqların və dövlətlərin sürətli inkişaf yolu təhsildən keçir.
Görüşün sonunda aktiv fəaliyyətləri ilə diqqət çəkən müəllimlərə təşəkkürnamələr və kitablar hədiyyə olaraq təqdim olunub.
Qeyd edək ki,may ayanınn 26-da PBL Academyin qəbul imtahanı keçiriləcəyi haqqında da məlumat verilib.
Esmira Hidayətova