“Abral Academy” regionda ilkə imza atdı-VİDEO

Hər il yüksək nəticələrlə yüzlərlə tələbənin gələcəyinə işıq salan Abral Academya yeni uğurları ilə öz fəaliyyətlərini davam etdirir.

Bu gün Mingəçevir şəhərindən və ətraf bölgələrdə yaşayan gənclər xaricdə təhsil almaq arzusunu da məhz ABRAL ACADEMY-nin fəaliyyəti nəticəsində həyata keçirə bilər. Təhsil ocağının rəhbəri Tural müəllim dünyanın nüfuzlu universitetlərində qazandığı yüksək təcrübələri hal-hazırda ABRAL ACADEMY -də öz tələbələrinə tədris edir.

Regionda bir ilki gerçəkləşdirən Abral Academynin həmtəsisçisi və direktoru Tural Abdurahimov bu haqda Kanal32.az-a  açıqlama verib.

Abral Akademiya öz tələbələrinə  2022/2023-cü tədris ilində Amerika, Polşa, Almaniya və digər Avropa ölkələrində təhsil almaq imkanı yaratmışdır.

2023/2024 tədris ilində bu imkanlardan daha çox abituriyentlərin faydalanması məqsədi ilə, Abral Akademiyanın rəhbəri Tural Abdurahimov yenə bir ilkə imza ataraq Şimali Kipr Türk Cumhuriyyətinin 4 universiteti ilə əməkdaşlıq edəcəklərini bildirib. Tək ATTESTAT ilə abituriyentlərin birbaşa qəbuluna 100 faizlik zəmanət verən Abral Akademiyanın rəhbəri bu universitetlərin diplomlarının ölkəmizdə tanındığını bildirib. Bu təhsil ocaqlarının siyahısına Şimali Kipr Sağlık ve Toplum Bilimleri Universiteti,Kıbrıs Elm Universiteti,ARUCARD Arkin University of Creative ARTS and Design Doğu Akdeniz Universiteti və FİNAL International Universitetləri daxildir. Bu universitetlərin hər birində tək Attestat ilə Abral Akademiya tərəfindən qəbul aparılır.

Əsas ixtisasların ilkin siyahısını təqdim edirik:

➡️Memarlıq

➡️Hüquq

➡️Psixologiya

➡️Kompüter Mütəxəssisi

➡️Biznesin İdarə Edilməsi

➡️Logistika

➡️İqtisadiyyat

➡️Mühasibatlıq

➡️Mühasibat və Maliyyə

➡️Sənaye

➡️Sənaye və Mühəndislik

➡️Turizm və Hotel İdarəçiliyi

➡️Dizayn

➡️Səhiyyə İdarəetməsi

➡️Göz Həkimi

➡️Əczaçılıq

➡️Diş Həkimi

➡️İncəsənət və Mədəniyyətin İdarə edilməsi

➡️Kinematoqrafiya

➡️Memarlıq və Dizayn

➡️Riyaziyyat müəllimliyi

➡️İngilis dili müəllimliyi

➡️Musiqi müəllimliyi

Xaricdə Təhsil Proqramından yararlanmaq istəyirsinizsə elə indi Abral Academyə  müraciət edin!!!!

Esmira Hidayətova,

Mingəçevir