Mingəçevirdəki 6 №-li tam orta məktəbin hansı uğurları var?-FOTOLAR

Mingəçevir şəhər 6 №-li tam orta məktəb uğurlarını artırır…

Mingəçevir şəhərində fəaliyyət göstərən tam orta məktəblər sırasında builki buraxılış imtahanlarında yüksək nəticə göstərmiş B.Şıxəliyev adına 6 saylı tam orta məktəbdə var.Məktəbdə şagirdlər üçün yaradılmış şərait ürək açan olmasada buna baxmayaraq şagirdlər təhsillərindən geri qalmayıblar.Əsas məqsəd gələcəyimiz olan uşaqların savadlı, bilikli, vətənpərvər gənclər kimi yetişdirilməsindən ibarətdir. Çünki hər bir ölkənin gələcəyi onun hazırladığı gənclərdən asılıdır. Şübhəsiz ki,heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz.Bu gün müəllimlərimiz var qüvvəsi ilə şagirdlərimizə müasir elmin sirlərini aşılayırlar. Amma cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir.

Məktəbin direktoru Xürşud Zamanovadan şagirdlərin nəticələri ilə bağlı məlumatları öyrəndik.

Direktorun sözlərinə görə ,Dövlət İmtahan Mərkəzinin 2023-2024 cü tədris ili üzrə təşkil etdiyi XI sinif buraxılış imtahanlarında məktəbin 1 nəfər şagirdi 250 baldan yuxarı (289 bal), 7 nəfər şagirdi isə 200 baldan yuxarı nəticə göstərərək fərqləniblər.

Xurşud müəllim onu da vurğuladı ki,bu il imtahan verən məzunların arasında 0, 50 bal arası,yəni az bal toplayan cəmi 4 şagird olub:” Hər ilin nəticəsi bir başqa olurdu,bu ilin ki isə daha yaxşı olub. İşlədiyim 12 ildə ilk olaraq bir nəfər şagirdimiz 289 bal toplayıb.Ötən ildə bir məzun isə 9-cu sinifdə fəqlənmə attestatı aldı,11-ci sinifdədə fərqlənmə attestatı aldı və davamlı yüksək nəticə əldə etdi.

Bu ildə məktəbimizin fəxri,XI sinif buraxılış imtahanından 289 bal toplayan,IX sinif buraxılış imtahanından fərqlənmə attestatı alan Mələk Mustafazadədir. Şagirdlərimiz çalışırlar ki,nəticələrini hər il artırsınlar. Şagirdlərimizi təbrik edir,növbəti blok imtahanında uğurlar diləyirik”.

1. Mustafazadə Mələk Müşfiq qızı -XI  sinif-289 bal

2. Lətifova Aysu Asif qızı -XI sinif-248 bal

3. Həsənli Əli Sahib oğlu -XI sinif-243-bal

4. Hacızadə İlhan İlkin oğlu XI sinif-239 bal

5. Abdullayev Muxtar  Heybət oğlu XI sinif- 219 bal

6.Əhmədzadə Nicat Eldəniz oğlu- XI sinif-217-bal

7.Mustafayev Sənan Mayis oğlu XI sinif- 217 bal

8. Muradbəyli Radə Ruslan qızı-XI sinif-202 bal

 

 

Esmira Hidayətova,

Mingəçevir

Leave a comment