Milli Məclisin deputatı İlham Məmmədov “Fireland Group”un növbəti layihəsi çərçivəsində Şəhid analarının Ramazan süfrəsi ətrafında cəm olunduğu tədbirdə iştirak edib
Millət vəkili 44 günlük Vətən müharibəsinin Yevlaxdan olan şəhidləri Əkbərov Həsənin anası Sənubər ana və Səmədov Sadiqin anası Səfalə ana ilə də görüşüb. Şəhid anaları ilə söhbət edən İlham Məmmədov onların qayğıları ilə maraqlanıb.
Deputat qeyd edib ki, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən xüsusi diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdirik siyasətin prioritet istiqamətlərindən biridir. Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən anılacaq, əziz tutulacaqdır.