Pensiya yaşını keçən icra başçıları…-Onlar nə vaxt yola salınır?-FOTOLAR

Son vaxtlar ölkənin idarəetmə sistemində aparılan kadr islahatlarında müəyyən dəyişikliklərin olduğu nəzərə çarpır. Tətbiq olunan yeni strategiyaya əsasən, indi adı vaxtilə müxtəlif korrupsiya faktlarında hallanan, vəzifəsindən sui-istifadə edən ya da yaşı səbəbilə tutduğu postdan uzaqlaşdırılan şəxsləri daha potensiallı və çevik gənc kadrlar əvəz edir. Sözügedən strategiya və inkişaf xəttinin yerli icra hakimiyyətləri orqanlarında da tətbiq edildiyini görürük. Məsələn, son olaraq ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 34 yaşlı Naim Etibar oğlu Cahidzadə Sədərək Rayon İcra Hakimiiyətinin başçısı təyin edilib. Gənc kadrların idarəetmədə necə təmsil olunduqları, öz vəzifə və öhdəliklərini necə yerinə yertirdikləri başqa bir mövzudur. Ancaq qeyd etməliyik ki, bu gün pensiya yaşının çoxdan ötməsinə baxmayaraq hələ də vəzifədə olan icra başçıları var və onların sayı az deyil.

“Kanal32” “Axar.az”-a istinadla yaşı 65-i keçən icra başçılarının siyahısını təqdim edir:

1. Eldar Əzizov, Bakı şəhər icra başçısı – 1957-ci ildə anadan olub, 66 yaşı var.

2. Rafil Hüseynov, Ağcabədi rayon icra başçısı – 1953-cü ildə anadan olub, 71 yaşı var.

3. Novruz Novruzov, Siyəzən rayon icra başçısı – 1954-cü ildə anadan olub, 70 yaşı var.

 

4. Zakir Fərəcov, Sumqayıt şəhər icra başçısı – 1954-cü ildə anadan olub, 70 yaşı var.

5. Rüstəm Xəlilov, Hacıqabul rayon icra başçısı – 1958-ci ildə anadan olub, 66 yaşı var.

6. Şair Alxasov, Qusar rayon icra başçısı – 1958-ci ildə anadan olub, 66 yaşı var.

7. Malik İsaqov, Qubadlı rayon icra başçısı – 1953-cü ildə anadan olub, 71 yaşı var.

8. Alı Alıyev, Füzuli rayon icra başçısı – 1955-ci ildə anadan olub, 69 yaşı var.

9. Mərdan Camalov, Zərdab rayon icra başçısı -1956-cı ildə anadan olub, 68 yaşı var.

10. Bayram Səfərov, Şuşa şəhər icra başçısı – 1951-ci ildə anadan olub, 73 yaşı var.

11. Mübariz Əhmədzadə, Zaqatala rayon icra başçısı – 1947-ci ildə anadan olub, 77 yaşı var.

12. Adil Məmmədov, Qobustan rayon icra başçısı – 1952-ci ildə anadan olub, 72 yaşı var.

13. Tofiq İbrahimov, Ağdaş rayon icra başçısı – 1954-cü ildə anadan olub, 70 yaşı var.

14. Şahmar Usubov, Xocalı rayon icra başçısı – 1953-ci ildə anadan olub, 71 yaşı var.

Xatırladaq ki, Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların isə 63-dür.

Kanal32.az

Leave a comment