Mingəçevirdə “Şahin“ hərbi-idman oyunlarının şəhər birinciliyi keçirilib-FOTOLAR

Mingəçevir şəhər Y.Məmmədzadə adına Mərkəzi Stadionda “Şahin“ hərbi-idman oyunlarının Mingəçevir şəhər birinciliyi keçirilib.

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Daha sonra Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə təhsil sektorunun, Fövqaladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin və “N” saylı hərbi hissənin nümayəndələri “Gənc Şahinlər”i salamlamış və onlara uğurlar arzulayıblar.

Yarışın əsasnaməsinə uyğun olaraq komandalar mərhələlər üzrə mübarizə aparıblar.Gərgin keçən yarışın yekununa uyğun olaraq Mingəçevir şəhər 12 nömrəli tam orta məktəbin komandası 1-ci yeri, Mingəçevir şəhər 16 nömrəli tam orta məktəbin komandası 2-ci yeri, Mingəçevir şəhər Təbiət Riyaziyyat və Humanitar Təmayüllü liseyin komandası isə 3-cü yeri tutub.

Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təsis etdiyi diplomlarla mukafatlandırılıb.

Qalib gələn komandaları təbrik edir və onlara sonrakı yarışlarda uğurlar arzulayırıq.

 

 

77

Leave a comment