Təhsil müəssisələrində narkomaniya əleyhinə və digər zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirləri davam etdirilir.
Kanal32.az-ın məlumatına göər,bu istiqamətdə Mingəçevirin daha bir neçə təhsil ocağında polis əməkdaşlarının şagirdlərlə görüşü olub. Zərərli vərdişlər və “Narkomaniyaya yox deyək” adı altında təşkil edilən görüşlərdə yuxarı sinif şagirdlərinə narkotik maddələrin yaratdığı təhlükələr barədə ətraflı məlumat və tövsiyələr verilib, yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri, məsuliyyətləri izah olunub.
Yetginlik yaşına çatmayanlarla profilaktiki işin təşkilini diqqət mərkəzində saxlayan Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ədalət Əliyev və əməkdaşları şagirdlərlə növbəti dəfə şəhərin 2 saylı məktəbində görüşüblər.
Dövlətin gələcək həyatında iştirak edə bilmələri üçün şagirdlərə diqətlərini yalnız təhsilə, məktəbə yönəlmələrini və sağlam həyat tərzi keçirmələrinin zəruriliyi barədə tövsiyələr verilib. Xüsusilə zərərli vərdişlərdən çəkinmək, siqaret və alkoqollu içkilərin, narkotik maddələrin insan orqanizmində törətdiyi fəsadlar, xəstəliklər, onlardan qorunmaq yolları haqqında geniş söhbət aparılıb.
Həmçinin polis rəisi Ədalət Əliyev Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumat verib. Akademiyada gənclərimizin inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışıb.
Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Esmira Hidayətova,
Mingəçevir