SOCAR-ın keçmiş prezidenti, hazıra iqtisadiyyat nazirinin müavini kimi çalışan, həm də AFFA-nın prezidenti Rövnəq Abdullayevlə bağlı araşdırmalara başlanılıb.
Kanal32.az xəbər verir ki,bu barədə etibarlı mənbələrdən Jamaz.İNFO-ya məlumat daxil olub. Həmin məlumatda deyilir ki, araşdırmaya səbəb Abdullayevin SOCAR rəhbəri olan dönəmdə bir sıra layihələr üçün vəsait ayrıması və rəqəmləri şişirtməsidir. Belə ki, nazir müavini istər ölkə daxilində, istərsə də xaricdə bir neçə vacib layihələrin maliyyə işlərini öhdəsinə götürüb. Bu zaman sərf olunan vəsaitlə əldə olunan nəticələr arasında tərs mütənasiblik yaranıb. Yəni, rəqəmlər şişrdilib, nəticədə, milyonlar manat pul ortalıqdan yox olub. Vəzifədən getdikdən sonra SOCAR-da da müəyyən yoxlamalar zamanı bəlli olub ki, Abdullayev və komandası heç də kiçik rəqəmlərlə ifadə olunmayan məbləğdə yeyintilərə yer verib. Bununla bağlı Abdullayevə xəbərdarlıq edildiyi də iddia olunur. Həmin iddialara görə, ondan taladığı vəsaitlərin yerinə qoymasını istəyiblər. Əks təqdirdə, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq ediblər.
Mənbələr bildirir ki, o dönəmlər Rövnəq Abdullayev bu məsələni ciddiyə almayıb. Hətta əhəmiyyətsiz məsələ kimi yanaşıb. Lakin bir qədər əvvəl SOCAR-ın vitse-prezidentlərinin işdən çıxarılmasından sonra vəziyyət dəyişib. Həmin vitselər rəsmi qurumlara verdikləri açıqlamalarda qeyd ediblər ki, onlarlıq məsələ yoxdur. Və bütün məsuliyyəti Abdullayevin üzərinə atıblar.
Jamaz.İNFO-ya daxil olan məlumatlarda qeyd edilir ki, bu hadisədən sonra Abdullayev ciddi narahatlıq keçirib. Hətta səhhətində problem belə yaranıb. Lakin durumu ağırlaşsa da, müalicə alması üçün onun xaricə çıxışına qadağa qoyulub. İddai edilir ki, Abdullayevlə bağlı aparılan araşdırmalar zamanı SOCAR-da it-bata düşmüş 7 milyard manatdan bəhs olunur. Hazırda Abdullayevin ölkədən çıxışına qadağa qoyulduğu deyilir. Hətta Estoniya-Azərbaycan matçına qatılmaq üçün həmin ölkəyə getməkdən belə məhrum edilib. Səhhəti isə yerində deyil. Davamlı olaraq həkim nəzarəti altında olan nazir müavini apreldə keçiriləcək AFFA prezidentliyindən də istefa verməli olacaq. Yəni, ondan bu postdan da əl çəkməsi tələb olunub. Maraqlı məqamlardan biri də odur ki, Abdullayev problemlə üzləşdikdən sonra uzun zaman onun pulu və dəstəyi ilə varlanmış yaxınları da ondan üz döndəriblər. Hətta həmin yaxınlardan birinin simsar olduğu mediaya Rövnəq Abdullayevi “vurmaq” üçün tapşırıq verdiyi də gələn məlumatlar sırasındadır.
Məsələ ilə bağlı araşdırma davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.