Partlayıcı maddələr o qədər kütləvi hal alıb ki, artıq hər il istər Yeni il, istərsə də Novruz bayramlarında insanlar arasında istifadə edənlərin şahidi oluruq. Adı qədər insanların səhhətlərində də ciddi narahatlıq yaradır. Bu il tam fərqli olaraq Mingəçevir şəhərində bu partlayıcıların səs-küyü eşidilmədi. Bu da insanlar arasında razılıqla qarşılanıb.
Sanki insanlar bu səs-küyə görə heç bayrama da həvəsləri yox idi. Yəni bu şəhərdə bu kimi vasitələrin satışına qadağa qoyuldu. Mingəçevirdə pirotexniki vasitələrin satışını qadağan etdiyinə görə şəhər ictimayyət nümayəndələri,ağsaqqallar Mingəçevir Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev başda olmaqla şöbənin bütün əməkdaşlarına minnətdarlıq bildiriblər.
Hətta şəhərdə priotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər də müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam edir.
Esmira Hidayətova,
Mingəçevir.