Ağ Evdən Rusiya ilə bağlı məxfi qovluq oğurlandı-QALMAQAL

Donald Trampın prezidentliyinin son günlərində Ağ Evdən Rusiya ilə bağlı məxfi materialların olduğu qovluq yoxa çıxıb.
Kanal32.az xəbər verir ki, CNN mənbələrə istinadən orada Rusiyanın 2016-cı ildə Amerikada seçkilərə müdaxiləsi ilə bağlı tamamilə məxfi məlumatlar olduğunu bildirib.
Telekanalın məlumatına görə, ABŞ kəşfiyyat rəsmiləri sızıntı nəticəsində ABŞ və onun müttəfiqlərinin ciddi şəkildə qorunan bəzi sirlərinin üzə çıxarcağından narahatdır. Qovluqda digər məlumatlarla yanaşı rus agentləri və onlarla bağlı məlumatların mənbələri haqqında xam kəşfiyyat məlumatları olub. Məsələn, itən sənədlərdə ABŞ hakimiyyətinin Vladimir Putinin 2016-cı il seçkilərində Trampa kömək etməyə çalışdığını necə anladığına dair məlumatlar yer alıb.
Məlumat o qədər məxfi olub ki, konqresmenlər və onların təhlükəsizlik icazəsi olan köməkçiləri yalnız Virciniya ştatının Lanqli şəhərindəki Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında həmin sənədlərə baxa bildilər. Eyni zamanda, bu sənədləri öyrənərkən etdikləri qeydlər də özləri ilə aparıla bilməz, onlar da Lenqlidə, seyfdə saxlanılırmış.
Qovluq sonuncu dəfə Trampın prezident kimi fəaliyyətinin son günlərində Ağ Evdə görülüb. Keçmiş prezident FTB-nin Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı araşdırması ilə bağlı bəzi sənədlərin məxfiliyini çıxarmaq üçün onu oraya aparmağı əmr edib. Ağ Evin o vaxtkı aparat rəhbəri Mark Medouzun nəzarəti altında qovluq təhlükəsizlik icazəsi olan respublikaçı köməkçilər tərəfindən diqqətlə araşdırılıb.
Prezident postunu tərk etməzdən bir gün əvvəl Tramp qovluğun məzmununun əksər hissəsinin məxfiliyinin açılmasına dair sərəncam verib. Ağ Ev qovluğun redaktə edilmiş versiyasının bir neçə nüsxəsini yaradıb və bu nüsxələrin Konqresdəki respublikaçılara və sağçı jurnalistlərə paylanması nəzərdə tutulub. Surətlər ünvanlara göndərilib, lakin Ağ Evin hüquqşünasları sənədlərin daha ciddi redaktə edilməsinə ehtiyac olduğu qənaətinə gəldikdən sonra tez geri götürülüb.
Nəticədə qovluqdakı sənədlər Trampın məxfiliyin ləğvi barədə əmrinə baxmayaraq, heç vaxt dərc edilməyib. Senzuradan keçmiş nüsxələr Milli Arxivə göndərilib.
 
Qeyd olunur ki, gizli qovluq Trampın Floridadakı Mar-a-Laqo iqamətgahına gətirtdiyidigər məxfi sənədlər arasında da olmayıb.
 
/BakuPost/
Leave a comment