“Kanal32” bu Təhsil Mərkəzi ilə əməkdaşlıq müqaviləsi bağladı-FOTOLAR

“Kanal32” Media Şəbəkəsi ilə Mingəçevirdə fəaliyyət göstərən Abral Akademiyası Təhsil Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Əməkdaşlıq müqaviləsi çərçivəsində Kanal32.az saytı ilə bərabər Media Şəbəkəsinə daxil olan digər xəbər portalları və  saytlarda, kanalın sosial şəbkə hesablarında və yutub kanlında Abral Akademiyası Təhsil Mərkəzinin fəaliyyətini əks etdirən məqalələri,icra etdiyi layihələri, keçirdiyi tədbirləri, qazandıqları uğurları peşəkar səviyyədə yayımlayacaq.

Müqaviləni “Kanal32” Media Şəbəkəsinin Baş direktoru İnqilab Şirinli və Abral Akademiyası Təhsil Mərkəzinin direktoru Tural  Abdurahimov imzalayıb.

Sonra onlar gələcək fəaliyyətlərlə bağlı geniş fikir mübadiləsi aparıblar. Təhsil sahəsi ilə media qurumları arasında əlaqələrin təhsilin inkişafındakı roluna toxunublar.

Qeyd edək ki, “Kanal 32″Media Şəbəkəsi ( İnformasiya Agentliyi ) 2018-ci il iyul ayının 22-də təsis olunub. Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çoxsaylı intellektual oxucuları var. Geniş əhatəli bir layihə olan Media Şəbəkəsinin (kanal32.az-ın) əsas məqəsdi ölkəmizdə və dünyada baş verən önəmli hadisələri, eyni zamanda müxtəlif səpkili informasiyaları, analitik təhlilləri operativ və obyektiv şəkildə oxuculara çatdırmaq, cəmiyyətimizi faydalı məlumatlarla təmin etməkdir. “Kanal32” bir media qurumu olaraq Azərbaycanın dövlət maraqlarına, cəmiyyətimizin inkişafına xidmət edən bütün idarə, müəssisə, təşkilat, QHT və özəl qurumlarla rəsmi qaydada əməkdalışıq etməyə hazırdır.

DİQQƏT! Əməkdaşlıq etmək istəyənlər is.kanal.32@gmail.com elektron poçtuna yaza və +994-70-232-78-32 nömrəsi ilə əlaqə saxlaya bilər.

Esmira Hidayətova

Leave a comment