Gənclərimiz Sivasda Zəfər Gününü belə qeyd edib-FOTOLAR

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyilə, ASAP Türkiyənin təşkilatçılığı ilə Sivasda Zəfər gününə həsr olunmuş tədbir keçiriib.

Kanal32.az-a verilən məlumata görə görüş zamanı Sivas Cumhuriyet Universitetinin akademik heyəti ilə birgə 2. Qarabağ müharibəsi və Qarabağa qayıdış haqqında müzakirələr aparıldı. Həmçinin tədbirdə bu xüsusi gün münasibətilə konservatoriya tələbələri öz ifaları ilə çıxış ediblər.

Tədbirin təşkilatçısı olan Sivas Cumhuriyet Üniversitesi Memarlıq fakültesi 3 cü kurs tələbəsi olan Osman Qocayev Azərbaycanın milli mənəvi , rəsmi günlərində birlik bərabərlik olaraq ölkəmizi daim dünya arenasında təmsil edəcəklərini bildiriblər.

Leave a comment