Kiyevdəki “Azərbaycan evi” bağlandı–Səbəbi isə…-FOTO-VİDEO

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının yerləşdiyi “Azərbaycan Evi” 4 aydan artıqdır fəaliyyətini dayandırıb.
Kanal32.az –ın məlumatına görə, bu gün binanın üzərindəki təşkilatın adı sökülüb, binanın qarşısındakı Azərbaycan bayraqları isə yığışdırılıb.
“Azərbaycan Evi”nin bağlanmasına səbəb onun saxlanma xərclərini üzərinə götürən Diasporla iş üzrə Dövlət Komitəsinin bundan imtina etməsidir. Komitənin sədri Fuad Muradovun göstərişi ilə heç bir səbəb göstərilmədən “Azərbaycan Evi”nə ayrılan maliyyə dayandırılıb.
Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı ilə əlaqə saxladıq.
O, Bakupost.az –a açıqlamasında məsələnin araşdırılacağını bildirdi.
Qeyd edək ki, Ukraynadakı Azərbaycan diasporunun baş ofisi 10 il idi ki həmin binada yerləşirdi. Son zamanlar dünya ictimaiyyətinin diqqət mərkəzində olan, yüzminlərlə soydaşımızın yaşadığı, dünyadakı ən aktiv diasporlarımızdan olan Ukraynadakı Azərbaycan diasporunun mərkəzi qərargahının bağlanması acınacaqlı haldır.
 
BakuPost
Leave a comment