Təhsil İdarəsinin müdir müavini Zərdabda vətəndaşları qəbul edib-FOTOLAR

Kanal32.Az xəbər verir ki,Avqustun 11-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov Zərdab şəhərində həmin rayonun qeydiyyatında olan vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşlar, əsasən, işlə təmin olunma, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Təhsil İdarəsinin müdir müavini qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.

saat24.az
Leave a comment