Görün,Yevlax məktəblisi Heydər Əliyev haqqında necə danışıb-VİDEO+FOTO

Yevlax məktəblisi Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanliyam” adlı video-müsabiqədə və foto-müsabiqədəki uğuruna görə təltif olunub.

Kanal32.az-ın məlumatına görə Yevlax şəhər T.Əzimov adına 10 №-li tam orta məktəbin VI A  sinif şagirdi Abdurəhmanov Tunar Ruslan  oğlu Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanliyam” adlı video-müsabiqədə və foto-müsabiqədə iştirak edib.

“Kanal32” Tunarın təqdimatındakı videonu təqdim edir:

Onun çıxışı və təqdimatı münsiflər heyəti tərəifndən müsbət qiymətləndirilib. Məhz buna görə Abdurəhmanov Tunar Ruslan  oğlu respublika üzrə fəal iştirakına görə “Fəxri Fərman”la təltif edilib.

“Fəxri Fərman” Elm və Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətlərin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev və 3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti tərəfindən təqdim edilib.

        

Kanal32.az

Leave a comment