İcra başçısından nümunəvi addım-Öz doğum gününü…-FOTOLAR

Təyin olunduğu gündən indiyə kimi həmişə Şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının  və hər bir İsmayıllı sakinin yanında olan, onlara dəstək olmağa çalışan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı növbəti təqdirəlayiq addımı ilə diqqət çəkib.
Belə ki,icra başçısı Nahid Bağırov öz doğum gününü 1-ci Qarabağ müharibəsinin Şəhidi Ruslan  Bədəlovun anası Almarə ana ilə birlikdə qeyd edib. Şəhidimizin anası ilə görüşən icra başçısı onun problemləri maraqlanıb.
Qeyd edək ki, Almarə Bədəlova Kərim qızı rayonumuzun ən yaşlı şəhid anasıdır.
Məlumat üçün bildirək ki, Ruslan Maarif oğlu Bədəlov 1969-cu ildə İsmayıllı şəhərində anadan olub. 1987-1989-ci illərdə Sovet Ordusunda hərbi xidmət edib.1993-ci ilin noyabr ayında RHK-ya könüllü müraciət etmiş, cəbhə xəttinə döyüşlərində iştirak etmək üçün yollanıb. I Qarabağ müharibəsində 1993-cü il Fevral ayının 1-i Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Şəhidimiz 1993-cü il fevral ayının 3-də İsmayıllı rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Son illərdə məmur ifadəsi daha çox özündənrazı,təkəbbürlü,iş bacarmayan obrazı kimi formalaşsa da, Nahid Bağırovun kimilərin timsalında bu fikirlərdə dəyişikliklərə rast gəlinir.
Əslində isə bu qəbildən olan addımlar ölkə rəhbərinin məmurların qarşında qoyduğu vəzifələrin icrasının reallaşdırılmasıdır.
 

 

Kanal32.az