Rusiyanın Sankt-Peterburq şəhərində, “Çinar”Azərbaycan Milli-Mədəni Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Kanal32.az-a verilən məlumata görə,Sankt-Peterburq Dövlət Unversitetinin şərqşünasliq fakultəsində təşkil olunan konfrans “Dunya xalqlarının mədəni irsi və müasirlik” movzusunda Novruz bayraminın tarixi,türk xalqları arasında mövcud olan ənənənlərinə həsr olunub. Konfransı giriş sözü ilə açan soydaşımız, Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, şərqşünas alim, “Çinar” Milli-Mədəni Mərkəzinin rəhbəri Xeyransa Mirzəyeva və fakultənin dekan muavini A.A.Radionov konfrans iştirakcılarını salamlayıb və mövzu ilə baglı çıxış ediblər.
Kofransda olkəmizin Sankt-Peterburqdaki Baş Konsulluğunun numayəndələri də iştirak edib. Humanitar məsələlər üzrə konsul Rəhim Rəhimzadə cıxış edərək, xalqimızın milli-mədəni irsininin təbliğinin məhz akademik səviyyədə təşkilinin təqdirəlayiq oldugunu vurgulayıb, bu tədbirlərin konsulluq tərəfindən hər zaman dəstəkləndiyini bildirib.
Konfransda sozügedən universitetin müəllimi, şərqşünas Şahnaz Kamal, beynəlxalq əlaqələr fakultəsinin aspirantı Eldar Əlizadə, filoloq Ülviyyə Abbasova da iştirak ediblər. Konfrasa həmçinin, dünyanın müxtəlf ölkələrindən internet üzərindən qatilan alimlərimiz “Novruz”la bagli maraqli elmi çıxışlar edib, fikir mübadilələri aparıblar. Bakıdan fəlsəfə elmləri namizədi Qumru Şəhriyar, sənətşünas alim Günay Qafarova, Türkiyədən filologiya elmləri doktoru, soydaşımız Aynur İmran, Moskva şəhərindən şərqşünas alim Vera İlina, İsveçdən soydaşimiz filologiya elmləri doktoru Səadət Kərimi və digərləri mövzu ətrafında maraqlı çıxışları ilə yadda qalıb. Adı çəkilən alimlər turk xalqlarının “Novruz” ənənələri, ədəbiyyatda və incəsənətində əks olunması,”Novruz” ənənələri və İslam dini, “Novruz” və “Ergənekon” və digər maraqli mövzularda cıxışlar ediblər.
Konfransda təqdim olunan məqalə və çıxışların yaxın gələcəkdə kitab şəklində dərc olunması nəzərdə tutulur.