“İdarəçilikdə Sən” layihəsi yekunlaşdı və…-FOTOLAR

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA-nın Gənclər Təşkilatlarlarının Fəaliyyətlərinin Dəstəklənməsi Proqramı – 2.0 çərçivəsində Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən keçirilən “İdarəçilikdə Sən” layihəsi fəaliyyətini yekunlaşdırıb.

17-25 yaş aralığında olan gəncləri əhatə edən layihənin əsas məqsədi, gənclərə düzgün layihə yazmaq, yazılmış layihələrin düzgün və müasir metodlarla idarə edilməsini aşılamaqdan ibarət olub.

Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən layihə ümumilikdə 6 fazadan ibarət olub 1 ay müddətində davam edib.

Təlimlər zamanı 20 gəncə layihələrin müasir metodlarla idarə edilməsi, layihə nədir və problemin düzgün qoyuluşu, fəaliyyət planın yazılması, Vişeqrad və Avropa Gənclər Fondu kimi beynəlxalq donorlara layihələrin yazılması, idarəçilikdə Çeviklik (Agile), Şəlalə (Waterfall) və digər modellərin tədbiqi kimi təlimlər keçirilib.

 

KANAL32.AZ

 

Leave a comment