“Salam” Beynəlxalq Teatr festivalının açılışı olub-FOTO

27 mart tarixində Qazaxstanın Kokşetau şəhərində keçirilən “Salam” Beynəlxalq Teatr festivalının açılış mərasimi olub.
Bu barədə Kanal32.az-a  Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib. Onun sözlərinə görə, açılışdan öncə münsiflər heyəti ilə mətbuat konfransı keçirilib.
“Bu il ilk dəfə keçirilən “Salam” Beynəlxalq Teatr festivalının münsiflər heyətinin tərkibində təmsil olunmaq üçün ölkəmizdən Avrasiya Teatrlar Assosiasiyasının Azərbaycan təmsilçisi olan Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov və qardaş Türkiyə Cümhuriyyətindən olan “Türksoy” nümayəndəsi Elçin Qafarlı dəvət alıblar.
Festivalın rəsmi açılış mərasimindən sonra Astana teatrının tamaşası nümayiş olunub. Festival öz işini 1 aprel tarixində sona çatdıracaq” – deyə Anar Burcəliyev bildirib.