Şəmkirin Yenikənd Su anbarından gəmi necə oğurlanıb?-VİDEO

Respublikamızda irili-xırdalı 140 su anbarı mövcuddur.Yenikənd su anbarı – Şəmkir su anbarından 14 km aşağıda elektrik enerjisi istehsal etmək məqsədilə 2000-ci ildə istismara verilmişdir.Sözügedən anbarın tikintisində istifadə olunan dəyəri 1 mln-dan çox olan gəmidən istifadə olunub.Hazırda həmin gəmi bir aydan çoxdur ki, “metal” mafiyası tərəfindən oğurlanıldığı bildirilir.

Bu haqda adlarının çəkilməsini istəməyən sakinlər Dünyanınsəsi.Az saytına video və fotofaktlar göndəriblər.
Məlumatlı mənbə qeyd edir ki, hadisə kür çayının Şəmkir rayonuna aid olan hissəsində yəni yenikənd su anbarının ərazisində baş verib.

Belə ki, işbazlar ağır texnikalardan istifadə etməklə sahildən kür çayının mərkəzinə doğru uzunluğu 70-80 metr olan yol çəkməklə çayın məcarəsini dəyişdirməklə gəmini sahilə çıxarıblar.

Həmin ərazidə yaşayan sakinlər bildirirlər ki,gəmi iki gün ardıcıl olaraq kəsilərək şaqmanlara doldurulub metal qəbulu məntəqəsinə daşıyıblar.Bu mövzunu işıqlandırmaqda əsas məqsədimiz ondan ibarətdir ki, sözügedən əraziyə təhkimiş olunmuş dövlət qurumları tərəfindən bu hadisə niyə ört-basdır edilib? Dövlət büdcəsi hesabına maliyələşən bəzi qurumların yerlərdəki məsul şəxsləri niyə öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutublar?
Redaksiya olaraq inanırıq ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi Şəmkir rayonu ərazisində baş verən bu oğurluq faktının araşdırılmasına göstəriş verməklə “matal” mafiyasını ifşa edəcəkdir.
Səsləndirilən faktlarla bağlı maraqlı tərəflərin də mövqeyini dərc edə bilərik.
Gəmi olan ərazidən çəkilmiş videonu təqdim edirik:

Dünyanınsəsi.Az