Şəmkirlilər Türkiyəyə görə belə səfərbər oldular-VİDEO+FOTOLAR

𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢 𝐓𝐮̈𝐫𝐤𝐢𝐲ə𝐲ə 𝐡𝐮𝐦𝐚𝐧𝐢𝐭𝐚𝐫 𝐲𝐚𝐫𝐝ı𝐦 𝐚𝐤𝐬𝐢𝐲𝐚𝐬ı𝐧𝐝𝐚 𝐟ə𝐚𝐥 𝐢𝐬̧𝐭𝐢𝐫𝐚𝐤 𝐞𝐝𝐢𝐫 – İ𝐥𝐤 𝐓𝐈𝐑 𝐲𝐨𝐥𝐚 𝐝𝐮̈𝐬̧𝐝𝐮̈.

Kanal32.az xəbər verirki,Şəmkir rayonu da Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım aksiyasına qoşulub. Rayon xeyriyyəçiləri tərəfindən yardımla bağlı Şəmki Olimpiya İdman Komleksində qəbul məntəqəsi yaradılıb. Humanitar yardım kampaniyasın çərçivəsində Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatların toplanmasını həyata keçirilir.

Şəmkirlilər artıq yardım dolu ilk TIR-ı yola salıblar. Qardaş Türkiyəyəy gedən mallar arasında yeni isti yataq dəstləri və geyimlər, elektrik cihazları göndərilib.

Bu gün isə növbəti TIR yola salınacaq. İkinci yük maşınında ərzaq, gigiyenik vasitələr, çadır, generatorlar, elektrik cihazıları, qızdırıcılar, əl fənərləri, tulumlar, isti geyimlər göndəriləcək.

Kanal32.az