Füzuli Tarix-diyarşünaslıq Muzeyində görüş keçirilib-FOTO

Füzuli Tarix-diyarşünaslıq Muzeyində Azərbaycan Qarabağ Müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Füzuli rayon filialının sədri və digər üzvləri ilə görüş keçirilib.
Kanal32.az-ın məlumatına görə,görüş zamanı Füzuli Tarix-diyarşünaslıq Muzeyinin fəaliyyətinin, canlandırılması, genişləndirilməsi istiqamətində qeyri-hökümət təşkilatları ilə əməkdaşlıqların qurulması mövzusunda müzakirələr aparılıb.
Tədbirdə, Muzeyin direktoru, Muzeyin Şöbə müdiri, Azərbaycan Qarabağ Müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri və digər üzvləri çıxış edərək bildirdilər ki, tarixi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsində, o cümlədən Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz, ümumilikdə vətən müharibəsi iştirakçıları haqqında geniş və ətraflı məlumatların toplanması, qorunması, nümayişi və təbliğində muzeylərin rolu əvəzsizdir.
 İctimai Birliyin sədri Sevindik İsmayılov Muzeyin kollektivini fəxri fərmanla təltif edərək, əməkdaşların səmərəli fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğulayıb.
Daha sonra qonaqlar Muzeyin ekspozisiyası ilə yaxından tanış olaraq Muzeyin xatirə kitabına öz dəyərli fikirlərini qeyd ediblər.
 
  
Daşqın Güneyli
Kanal32.az
Leave a comment