Gənclər və İdman Nazirliyinin strukturunda dəyişiklik edilib.
Kanal32.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Dəyişikliyə əsasən, Nazirliyin aparat işçilərini, strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair), ikili tabelikdə olan yerli orqanların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etməsi ilə bağlı bənd Əsasnamədən çıxarılıb.
Fərmanla Gənclər və İdman Nazirliyinin strukturu bu cür verilir:
Gənclər və İdman Nazirliyinin Aparatı (şöbələr və sektorlar), Bakı Şəhər Gənclər və İdman İdarəsi, Gənclər və İdman Nazirliyinin regional idarələri.
Digər bir Fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik olub. Bundan sonra Gənclər və İdman Nazirliyinin yerli bölmələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək yerli icra hakimiyyəti başçılarının səlahiyyətinə daxil olmayacaq.