Bakı Biznes və Kooperasiya Kollecinin akt zalında 100-dən artıq tələbə-gənclər və müəllimlərin iştirakı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyinin “Sağlamlığın təbliğində virtual metodlar” layihəsi çərçivəsində təşkil etdiyi tədbirdə, pis vərdişlərdən qorunmaq və bu kimi mənfi fəsadları özündə ehtiva edən “Sağlam cəmiyyət və ailə naminə Narkotikə YOX de!” adlı adlı qısametrajlı filmin təqdimatı olub.
Tədbiri Layihənin kordinatoru Kənan Qubadzadə açaraq bildirib ki, “bu gün Dünya QİÇS-lə mübarizə günüdür. Bu baxımdan, tədbirin bu gün keçirilməsi təsadüfi deyil. Layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti pis vərdişlərdən, narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir.
Film 7 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Film mətbuat, televiziyalarda yayımlanacq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır”.
Tədbirdə iştirak edən Bakı Biznes və Kooperasiya Kollecinin direktorunun 1-ci müavini Vaqif Mahmudov, Bakı Biznes və Kooperasiya Kollecinin Həmkarlar Təşkilatının sədri Tamerlan Əkbərov, ekspert Anar Sarıyev çıxışlarında bildirdilər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir. Sağlamlığın qorunması, pis vərdişlərə qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün müvafiq dövlət orqanları tərəfindən qrant layihələri təqdim olunur. Bu baxımdan, deyə bilərik ki, sağlamlığın qorunması və pis vərdişlərə qarşı mübarizə dövlətin prioritet məsələsidir. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Bu baxımdan, sağlamlığın qorunması, narkomaniyaya və digər pis vərdişlərə qarşı mübarizə qısametrajlı filmlər vasitəsilə gənclər arasında yayılsa daha effektli ola bilər.
Tədbir ərəfəsində “2022-ci ildə elm və ictimai-siyasi sahədə əldə etdiyi naliyyətlərə, gənclərin vətənpərvər ruhda tərbiyə olunmasındakı xidmətlərinə görə” dosent Allahverdiyev Elnur Qara oğluna Fəxri Diplom, Kollecin tələbə-gənclərinə isə layihədə fəal iştirakına görə Təşəkkürnamə təqdim edildi.